top
Azərbaycan millisinin baş məşqçisi: Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur Report.az
15 yanvar 2025, 11:18
- ↺ +

Azərbaycan millisinin baş məşqçisi: "Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur"

Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur.

"Report" xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının baş məşqçisi İlqar Aslanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib:

Mütəxəssis səfərə qədər daha bir matç keçirmək istədiklərini vurğulayıb:

"Komanda yanvarın 10-dan toplanışdadır. Məşqlərimiz plana uyğun şəkildə davam edir. Gündə iki dəfə hazırlıq keçirik. Həm fiziki, həm də taktiki planda çalışmaları yerinə yetiririk. Yükləmələri daha çox topla çalışmalar zamanı veririk. Uşaqlar həvəslidirlər, çalışırlar dediklərimizi icra etsinlər. Əlbəttə, axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur. Bunların hamısını bir toplanışda aradan qaldırmaq mümkün olmasa da, müəyyən hissəsini düzəltməyə çalışırıq. Şənbə günü kubok oyununa çıxacağıq. Çalışırıq səfərə qədər daha bir matç keçirək. Həm də bu oyun kubok görüşünün ertəsi gün olsun. Çünki San Marinoda 2 gün ərzində 2 oyun keçirəcəyik".

Baş məşqçi AÇ-2025-in ilkin mərhələsindəki rəqibləri də dəyərləndirib:

"Kosovo yığmasının oyununu görməmişik, ancaq şifahi də olsa, məlumatımız var. Fiziki baxımdan güclü rəqibdir, topla yaxşı oynayırlar. San Marinonun isə bir neçə oyununa baxmışıq. Onlar ötən həftə beynəlxalq turnirdə iştirak ediblər. Müəyyən qədər informasiyamız var. Düzdür, hər 3 oyunda uduzublar, lakin bu, zəif rəqib olması anlamına gəlmir. Ümumiyyətlə, bu gün futzalda zəif komanda, rəqib anlayışı yoxdur. Üstəlik, San Marino öz meydanında oynayacaq. Təqvimi də elə qurublar ki, onlar birinci matçdan sonra bir gün dincələcəklər. Amma Kosovo və biz ardıcıl 2 gün ərzində 2 görüş keçirəcəyik. Biz ora çatan gün San Marino - Kosovo oyunu olacaq. Bu görüşü canlı izləməyi düşünürük".

Təcrübəli mütəxəssis komandanın qarşısına yaxşı nəticə qazanmaq tapşırığı qoyulduğunu bildirib:

"Yaxşı hazırlaşırıq. Oyunlara qədər səhvlərimizi minimuma endirməliyik. Komandanın qarşısına yaxşı oynamaq və nəticə qazanmaq tapşırığı qoyulub. Çalışacağıq ki, Bakıya qrup lideri kimi dönək. Çünki növbəti mərhələyə ancaq qrup lideri olan komanda vəsiqə qazanacaq".

Qeyd edək ki, U-19 AVRO-2025-in ilkin mərhələsində yanvarın 25-də Kosovo, ertəsi gün San Marino ilə qarşılaşacaq. Komanda bu məqsədlə yanvarın 10-dan etibarən təlim-məşq toplanışına başlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:24

Usman Nurmaqomedovun meneceri onun gələcəyini müzakirə etdi

Boks
Bu gün, 11:21

Eduard Məmmədov iki qızıl medal qazanaraq 13-cü Avropa çempionu oldu;

Futbol
Bu gün, 11:09

Qalatasaray, Batrakov üçün xüsusi kolleksiya satışa çıxardı

Futbol
Bu gün, 11:02

Fransanın LANS klubu baş məşqçisini Yannik Kayuzakla yollarını ayırıb;

Futbol
Bu gün, 11:00

Qəbələ'nin Elvin Camalov'u: 'Həqiqətən futbol oynayıb, irəliləyiş hiss olunur'

Futbol
Bu gün, 10:54

Lans 1:9 məğlubiyyəti sonrası baş məşqçisini qovdu

Futbol
Bu gün, 10:40

CONMEBOL prezidenti Alexandro Dominqes 3,5 milyon dollar məbləğində ödənişdə qeyd olundu

Futbol
Bu gün, 10:22

Cristiano Ronaldonun 16 yaşlı oğlu U-17 millisində debüt etdi

Futbol
Bu gün, 10:20

Qalatasaray, Beşiktaş və Yüventus Kim Min-Jae ilə maraqlanır

Cüdo
Bu gün, 10:07

Zaqrebdə Qran-pri turnirində dörd Azərbaycan cüdoçusu 1/16 finala çıxacaq

Futbol
Bu gün, 10:00

Sumqayıtın müdafiəsi Keffel Resende Azərbaycandakı çıxışından danışdı

Digər
Bu gün, 09:51

Kür 1/8 finalda Çair ilə qarşılaşır – rəqibin təcrübəsi

Futbol
Bu gün, 09:40

İtaliya millisi 64 ildən sonra evdə Fransaya qarşı qələbə qazanıb

Futbol
Bu gün, 09:38

Maykl Kerrik 303 gün sonra Manchester Uniteddan uzaqlaşdırıldı

Futbol
Bu gün, 09:37

Niderland – Yunanıstan, Almaniya – Serbiya: Millətlər Liqası A Liqası

Futbol
Bu gün, 09:34

UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə oyun oynayacaq

Futbol
Bu gün, 09:20

Dünyanın ən yüksək maaşlı İtalyan futbolçusu Canluici Donnarumma təyin edildi

Futbol
Bu gün, 09:13

Martinez çənəsi yaralanmanın ardından Argentina milli komandasında geri dönə bilər

Digər
Bu gün, 09:10

Kür həndbol komandası Mingəçevir şəhərində Şimali Makedoniya klubu WHC Çair ilə EHF Avropa Kuboku müsabiqəsində qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan millisi bu gün Lixtenşteynlə üz-üzə gəlir

Futbol
Bu gün, 09:00

Azərbaycana qarşı Lixtenşteynlə UEFA Millətlər Liqası qarşılaşması

Futbol
Bu gün, 08:40

İngilis futbolçuları arasında ən yüksək maaş Ayven Toniya aiddir, Harri Keyn ikinci yerdə

Futbol
Bu gün, 08:20

Mauricio Pochettino Manchester United ilə iki il yarım müddətli müqavilə imzalayacaq

Futbol
Bu gün, 08:08

Virts: Klopp hər oyundan sonra mənə qısa mesajlar göndərir

Oxşar xəbərlər