Milli komandaların FİFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda 122-ci pillədə qərarlaşıb.
Komandamızın hesabında 1148 xal var. Fernandu Santuşun yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə geriləyib.
Buna iyunda keçirilən yoldaşlıq oyunları səbəb olub. Millimiz evdə Macarıstana 1:2 uduzub, səfərdə Latviya ilə qolsuz heç-heçə edib.
Qeyd edək ki, siyahıya Argentina başçılıq edir (1885,36).