top
Azər Bağırov: Araz-Naxçıvan Arisdən daha üstündür, onları keçə bilər Idman.biz
24 iyul 2025, 15:47
- +

Azər Bağırov: "Araz-Naxçıvan" "Aris"dən daha üstündür, onları keçə bilər"

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün üz-üzə gələcəyi "Aris"dən (Yunanıstan) üstündür.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Naxçıvan təmsilçisinin sabiq baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis klubun yay fasiləsində yaxşı transferlər həyata keçirdiyini söyləyib: "Zirə"nin "Hayduk"la qarşılaşması onu göstərdi ki, bütün rəqiblərə qarşı oynamaq olar. Sadəcə, düzgün taktika seçmək lazımdır. Ən önəmlisi komandanı psixoloji cəhətdən qələbəyə hazırlamaqdır. "Aris" barədə düşüncələrim çox yaxşıdır. Bunula yanaşı, "Araz-Naxçıvan"ın da son vaxtlar həyata keçirdiyi transferlər və yoxlama matçları komandanın ciddi hazırlaşdığını göstərir. Fikrimcə, "Araz-Naxçıvan" bu rəqibini keçə bilər. Ən azı Azərbaycanda qələbə qazanmaq mümkündür. Demək olar yay fasiləsində ölkədə ən yaxşı transferləri "Araz-Naxçıvan" həyata keçirdi. Mənə elə gəlir, Naxçıvan komandası daha üstündür".

O, rəqib komandanın transferlərinə toxunub: "Hər iki tərəf raundu keçmək, zəif tərəflərini gücləndirmək istəyir. "Aris"in transfer etdiyi futbolçuların səviyyəsini bugünkü qarşılaşmada görəcəyik. "Araz-Naxçıvan" hazırlığa daha çox vaxt sərf edib. Əvvəlki heyətən Vadim Abdullayevlə yolları ayırıblar, qalan bütün futbolçuları isə saxlayıblar".

Məşqçi azarkeşlərin sayının az olmasının da oyuna təsir edəcəyini vurğulayıb: "Azarkeş məsələsi komandanın oyununa təsir edə bilər. Mən və yaxın dostlarım bu gün "Araz-Naxçıvan"ı dəstəkləməyə gedəcəyik. Azarkeşsiz futbol olmur. Komanda "doğma divarlar" arasında oynasa, daha çox dəstək görər. Vaxtilə "Araz-Naxçıvan"da çalışanda bunu görmüşəm".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" görüşü bu gün, saat 20:00-da "Dalğa Arena"da start götürəcək.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Minifutbol
Dünən, 23:46

Azərbaycan İdman Akademiyası futzal üzrə universitetlərarası Avropa çempionu oldu

Futbol
Dünən, 23:39

Amrabat yenidən "Yuventus"da?

Futbol
Dünən, 23:27

Messi və Alba "MLS Ulduzlar Matçı"nı Buraxdığına Görə Cəzalandırılıb

Futbol
Dünən, 23:13

Patrik Andrade: Yunanıstanda da uğurlu nəticəni davam etdirmək istəyirik

Voleybol
Dünən, 22:47

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri və mükafatçıları müəyyən olundu

Voleybol
Dünən, 22:35

"Azərreyl-1" komandası çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibi olub

Basketbol
Dünən, 22:25

U-18 basketbol millimiz Avropa çempionatında Rumıniyaya məğlub olub

Basketbol
Dünən, 22:10

Azərbaycan U-18 basketbol millisi Avropa çempionatında Rumıniyaya məğlub olub

Olimpiada
Dünən, 22:02

Azərbaycan paralimpiyaçılarının Avropa Gənclər Paralimpiya Oyunlarında qələbəsi: 2 qızıl, 2 bürünc medal!

Olimpiada
Dünən, 22:01

Azərbaycan Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl, 2 bürünc medal qazanıb

Futbol
Dünən, 21:49

"Nyukasl" İsakın gedişi halında Şeşko ilə maraqlanır

Futbol
Dünən, 21:45

Lionel Messi MLS Ulduzlar Oyununda iştirak etmədiyi üçün cəzadan xilas oldu

Cüdo
Dünən, 21:21

Azərbaycan cüdo millisi EYOF-2025-də komanda hesabında çempion olub

Cüdo
Dünən, 21:02

Azərbaycan cüdoçuları EYOF-da 8 medal qazanaraq çempion olublar

Futbol
Dünən, 20:54

"Bakı Sportinq" "Qəbələ"dən Sənan Ağalarovu icarəyə götürüb

Olimpiada
Dünən, 20:37

Əmir İsmayılovun EYOF-2025-dəki çıxışı finala vəsiqə qazandırmayıb

Cüdo
Dünən, 20:20

Elcan Hacıyev final məğlubiyyətinə görə qisas almağa söz verdi

Cüdo
Dünən, 20:02

Bakıda Avropa Cüdo Birliyinin beynəlxalq təlim sessiyalarına start verildi - FOTO

Futbol
Dünən, 19:58

Erikseni "Mançester Yunayted"dən sonra aşağı liqa klubu istəyir

Cüdo
Dünən, 19:37

Bakıda Beynəlxalq Cüdo Təlimləri və Avropa Ümidləri Turnirinə Hazırlıq

Futbol
Dünən, 19:28

Ozan Tufan "Lokomotiv"in hədəfində

Futbol
Dünən, 19:20

Ramin Musayevdən Avrokubok oyunları və Yurçeviçə Reaksiyası

Futbol
Dünən, 19:20

Yay transferlərində ən çox pul xərcləyən klublar - "Liverpul" liderdir

Futbol
Dünən, 18:57

"Xankəndi" FK ev oyunlarını Xankəndidə keçirmək üçün Nazirliyə müraciət edib

Oxşar xəbərlər