Niderlandın "Ayaks" klubu İngiltərənin "Vulverhempton" komandasında çıxış edən Tolu Arokodarenin transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, tərəflər futbolçunun ilkin olaraq icarə əsasında keçidi barədə anlaşma əldə edib.
Amsterdam təmsilçisi nigeriyalı hücumçunun bütün maaşını ödəyəcək və icarə haqqı da verəcək. Müqaviləyə 22 milyon avro məbləğində məcburi olmayan satınalma bəndi daxil edilib.
Bildirilir ki, Arokodare Türkiyə və İtaliya klublarından gələn təklifləri geri çevirərək karyerasını "Ayaks"da davam etdirməyə üstünlük verib. Transferin qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir.