"Barselona" və "Bavariya" İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa"nın futbolçusu Yohan Manzambiyə maraq göstərir.
İdman.Biz xəbər verir ki, Münhen klubu Maykl Olisenin uzunmüddətli gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən futbolçunu diqqətlə izləyir. "Barselona" isə Manzambinin "Aston Villa"dakı uğurlu çıxışından təsirlənib.
Cari mövsümdə bütün turnirlərdə altı matça çıxan yarımmüdafiəçi üç qol vurub və üç məhsuldar ötürmə edib.
Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 65 milyon avro (təxminən 130 milyon manat) qiymətləndirir.