İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 17-ci turu çərçivəsində keçirilən "Aston Villa" - "Mançester Yunayted" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab 45-ci dəqiqədə açılıb. Morqan Rocers "Aston Villa"nı önə çıxarıb. İlk hissəyə əlavə olunmuş vaxtda, 45+3-cü dəqiqədə Mateus Kunyanın qolu ilə "Mançester Yunayted" tarazlığı bərpa edib. Lakin 57-ci dəqiqədə Rocers yenidən fərqlənərək dublunu rəsmiləşdirib və oyunun taleyini həll edib.
Bu qələbədən sonra "Aston Villa" 36 xalla Premyer Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 26 xalı olan "Mançester Yunayted" isə yeddinci yerdədir.