"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının əsas mərhələsində "Bavariya" ilə oyunda (2-2) zədələnən Bukayo Sakanın vəziyyəti ilə bağlı bağlı danışıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə BBC-yə açıqlama verib:
"Heç də yaxşı görünmür. Bukayo növbəti dəfə MRT müayinəsindən keçəcək. Zədələnmiş nahiyədə xeyli miqdarda maye var və bu da zədənin dərəcəsini müəyyən etməyi çətinləşdirib.
Sabah daha çox məlumat əldə edəcəyik. Daha bir neçə müayinəyə və mütəxəssislərin fikrinə ehtiyacımız var".
Mənbənin sözlərinə əsasən, Saka 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 11 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.