İngiltərənin "Arsenal" futbol komandası Portuqaliyanın "Benfika" futbol komandasının cinah oyunçusu Andreas Şelderupu yay transfer pəncərəsində heyətinə qatmaqda maraqlıdır.
İdman.Biz insayder Ekrem Konura istinadən xəbər verir ki, "Tottenhem" və İtaliyanın "Roma" komandası da 22 yaşlı Norveç millisinin üzvünün vəziyyətini izləyir. "Benfika" isə Şelderupu satmaq istəmir və futbolçunun müqaviləsində 100 milyon avro (193,45 milyon manat) məbləğində sərbəstqalma şərti var.
Şelderup ötən mövsüm "Benfika"nın heyətində 43 oyunda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.