top
Araz-Naxçıvan Şamaxını səfərdə məğlub etdi - YENİLƏNİB Idman.biz
18 mart 2026, 16:59
- ↺ +

"Araz-Naxçıvan" "Şamaxı"nı səfərdə məğlub etdi - YENİLƏNİB

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən "Şamaxı" - "Araz-Naxçıvan" oyunu yekunlaşıb.

İdman.Biz xəbər verir ki, görüşə fəal başlayan tərəflər ilk hissədə hesabı aça bilməyiblər.

Komandaların qarşılıqlı hücumlarına baxmayaraq, ilk 45 dəqiqə qolsuz bərabərliklə başa çatıb.

İkinci hissədə isə matçın taleyini müəyyənləşdirən epizod yaşanıb. Oyunun 56-cı dəqiqəsində "Şamaxı"nın futbolçusu Vladislav Veremeyev uğursuz çıxış edərək topu öz qapısından keçirib. Bu avtoqol "Araz-Naxçıvan"ı hesabda önə çıxarıb.

Qalan dəqiqələrdə hesab dəyişməyib və qarşılaşma "Araz-Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

16:18

Misli Premyer Liqasının 25-ci turunun "Şamaxı" - "Araz-Naxçıvan" oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 56-cı dəqiqədə "Şamaxı"nın futbolçusu Vladislav Veremeyev avtoqol vuraraq "Araz-Naxçıvan" klubunu hesabda irəli çıxarıb - 0:1.

16:02

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Şamaxı" - "Araz-Naxçıvan" oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, oyunda hesab açılmayıb.

15:49

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Şamaxı" - "Araz-Naxçıvan" oyununda ilk yarı bitib.

İdman.Biz xəbər verir ki, oyunda hesab açılmayıb.

15:02

Misli Premyer Liqasının 25-ci turunun "Şamaxı" - "Araz-Naxçıvan" oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim İnqilab Məmmədov idarə edir.

14:27

"Şamaxı" Misli Premyer Liqasının 25-ci turunda Şamaxı şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 15:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Şamaxı": 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 16. Ramon Maçado 77. Bruno Franko 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko

09:20

Bu gün futbol üzrə Misli Premyer Liqasının 25-ci turunun oyunu "Şamaxı" "Araz-Naxçıvan" arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək.

"Şamaxı" 30 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 36 xala malik "Araz-Naxçıvan" isə beşincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 25-ci tur
18 mart (çərşənbə)

15:00. "Şamaxı" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Oxşar xəbərlər