top
Aqil Nəbiyev: “Daha güclü olacaq potensiala malikik” Idman.biz
30 aprel 2026, 15:08
- ↺ +

Aqil Nəbiyev: “Daha güclü olacaq potensiala malikik”

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin perspektivi var, komanda daha güclü potensiala malikdir.

İdman.Biz xəbər verir ki, bunu U-17-nin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, yetirmələrinin Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan UEFA İnkişaf Turnirində çıxışını dəyərləndirib:

"Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq".

A.Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçları dəyərləndirib:

"Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik".

U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb:

"İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perpektivli komandamız var, daha güclü olacaq potensiala malikik".

Qeyd edək ki, U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər