Almaniyalı veteran futbolçu, keçmiş dünya çempionu Frank Mill vəfat edib.
İdman.biz xəbər verir ki, o, 67 yaşında dünyasını dəyişib.
Bu ilin may ayında infarkt keçirən Frankı vəziyyəti qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mill karyerası ərzində "Rot-Vays Essen", "Borussiya" (Münhenqladbax), "Borussiya" (Dortmund) və "Fortuna" klublarında çıxış edib.
Qeyd edək ki, Frank Almaniya yığmasının heyətində 1990-cı ildə dünya çempionatının qalibi olub. Yığmanın heyətində 17 oyun keçirən veteran futbolçu çempion olduqları mundialda meydana çıxmayıb.
İdman.biz