Fabio Silva Dortmund "Borussiya"sının transfer hədəfinə düşüb.
İdman.biz xəbər verir ki, almanlar onun çıxış etdiyi "Vulverhempton"la danışıqlara başlayıblar.
"Canavarlar" 25 yaşlı hücumçunun transferinə görə 25 milyon tələb edirlər. "Borussiya" Silvanın sayəsində ön xətdə daha da rəqabət yaratmaq niyyətindədir.
Qeyd edək ki, portuqaliyalı futbolçu son mövsümü icarə əsasında "Las-Palmas"da keçirib. O, La Liqada 24 oyunda 10 dəfə fərqlənib.
İdman.biz