top
Ağasəlim Mircavadov: Veteranların hər birində futbola olan hədsiz sevgi qorunub saxlanılır Idman.biz
20 may 2025, 16:51
- +

Ağasəlim Mircavadov: "Veteranların hər birində futbola olan hədsiz sevgi qorunub saxlanılır"

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Minifutbol Federasiyasının təşkilatçılığı ilə ötən gün "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında keçirilən "Legends Cup"la bağlı təəssüratlarını bölüşüb.

İdman.biz xəbər verir ki, mütəxəssis "Report"a açıqlamasında matçın çox möhtəşəm keçdiyini bildirib.

Onun sözlərinə görə, oyun çox möhtəşəm olub: "Düşünürəm ki, dünya çempionatında azarkeşlərin stadiona gəlməsi daha rahat olacaq. Təəssüratlarım yaxşıdır, bəzi futbolçular var idi ki, 6-7 aydır görüşmürdük. Keçmiş dövrlərdən, oyunlardan bəhs etdik. Hər biri oynamaq istəyirdi. Hazırlaşmaq lazım idi. Hətta uşaqlara deyirdim ki, həftədə bir-iki dəfə yığışın, oynayın. Çünki matçdan əvvəl kollektiv şəkildə toplaşmaq üçün vaxt yox idi. Məşqçilər öz klublarında işləyirlər. Xoşuma gələn məqamlardan biri oyunun çox aqressiv keçməsi, futbolçuların istəkli olması idi. Həmçinin mübarizə zamanı yıxılanda bir-birilərinə kömək edib yerdən qaldırırdılar. Bu vacib amildir, mehribanlıq qalır".

"Şöhrət" ordenli məşqçi meydana çıxanlardan heç kimi fərqləndirmək istəməyib: "Oyundan əvvəl heç bir nəticə proqnozlaşdırmamışdım. Ancaq futbolla bağlı düşünürdüm. Nəticə üçün heç olmasa, 2-3 həftə çalışıb məşq etməlisən. Elə oyunçular var idi ki, işləri ilə əlaqədar 2-3 aydır futbol oynamırdılar. Heç kimi fərqləndirmək istəməzdim. Amma klublarda çalışanlar daha yaxşı formada idilər. Ümumilikdə yanaşma xoşuma gəldi".

O, hakimliyə də toxunub: "Düzdür, bəzən qərarlarından narazılıqlar olurdu. Amma görün neçə ildir idarəçilik etmirlər. Kənardan baxmaqla, meydanda olmağın fərqi böyükdür. Yenə də sağ olsunlar, öz amplualarında idilər".

Mircavadov növbəti dəfə belə bir matçın olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: "Bizə bununla bağlı heç nə demədilər. Amma bu cür matçların tez-tez keçirilməsi vacibdir. Təqdirəlayiq fikirdir. Yəqin veteranlarla görüşəcəyik, şəraitə uyğun addımlar atacağıq. Çünki bəzilərinin vaxt məhdudiyyəti var, işdən ayrılıb gələ bilmirlər. Amma veteranların hər birində futbola həddən artıq böyük sevgi qalıb. Bunu oyun zamanı da hiss etmək mümkün idi. Oyundan sonra hər birini təbrik etdim".

Qeyd edək ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə baş tutan matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə "Premyer Liqa məşqçiləri" daha dəqiq oynayıb - 3:2. "Neftçi 2000-lər"i Ağasəlim Mircavadov, "Premyer Liqa məşqçiləri"ni isə Kurban Berdıyev ("Turan Tovuz") baş məşqçi kimi meydana çıxarıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:48

Tramp: Kişilər qadın idmanında iştirak etməməlidir

Futbol
Bu gün, 10:00

FIFA azərbaycanlı futbolçu Coşqun Diniyevə görə Türk klubuna cəza verdi

Futbol
Bu gün, 09:40

Yuventus Randal Kolo-Muanini almaq istəyir, lakin PSJ 40 milyon avro istəyir

Futbol
Bu gün, 09:22

Kriştianu Ronaldunun nişanlısı Corcinya Portuqaliya – Özbəkistan matçını maraqlı geyimdə izləyib

Futbol
Bu gün, 09:22

DÇ-2026-da qrup mərhələsinin üçüncü turu

Futbol
Bu gün, 09:08

Qana DÇ-2026-da qapısını toxunulmaz saxlayan dörd komandadan biridir

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun bacısı qardaşını tənqid edənlərə cavab verdi

Futbol
Bu gün, 08:17

İngiltərə mundial tarixində 0:0 hesablı oyunların rekordçusudur

Futbol
Bu gün, 08:00

Paraqvaylı şərhçi FİFA-nı tənqid edən sözləri çıxarıb akkreditasiyası ləğv olundu

Futbol
Bu gün, 07:59

DÇ-2026: Kolumbiya pley-offa vəsiqəni təmin etdi

Futbol
Bu gün, 07:15

Atletiko Madrid “Barselona”ya qarşı FİFA-ya şikayət edir

Futbol
Bu gün, 07:00

Deşam anasının vəfatı səbəbiylə millidən ayrıldı

Futbol
Bu gün, 06:30

DÇ-2026: İngiltərə millisinin qeyri-adi rekordu

Futbol
Bu gün, 06:11

Çelsi Marko Palestranın transferini başa çatdırmağa hazırdır

Futbol
Bu gün, 05:41

DŞ-2026: Xorvatiya Panama üzərində minimal qələbə qazandı

Futbol
Bu gün, 05:07

Harri Keyn qanalı cadugərincadu etdiyi oyunda fərqlənə bilməyib

Futbol
Bu gün, 04:10

Ronaldu Messinin rekorduna reaksiya verib

Futbol
Bu gün, 03:18

DÇ-2026-nin qalibinə ABŞ Prezidenti Donald Tramp kuboku təqdim edəcək

Futbol
Bu gün, 02:05

DÇ-2026: İngiltərə ilə Qana oyunu golsuz bərabərliklə başa çatdı

Futbol
Bu gün, 02:02

DÇ-2026: İngiltərə və Qana qolsuz hesabla ayrılıb

Futbol
Bu gün, 01:51

FİFA DÇ-2026-da penalti qaydalarını dəyişdirməyə hazırlaşır

Futbol
Bu gün, 01:10

Rafinya: “Tez sağalmaq üçün əlimdən gələni edəcəyəm”

Futbol
Bu gün, 01:09

DÇ-2026: İngiltərə - Qana matçının hesabatı

Futbol
Bu gün, 00:53

DÇ-2026: İngiltərə - Qana matçının ilk yarısı qolsuz başa çatıb

Oxşar xəbərlər