top
AFFA Premyer Liqasının XIX turunun yekunları: Cərimələr və cəzalar Report.az
11 fevral 2026, 14:09
- ↺ +

AFFA Premyer Liqasının XIX turunun yekunları: Cərimələr və cəzalar

AFFA Misli Premyer Liqasının XIX turu ilə bağlı cərimə və cəzaları açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin İclasında qərar qəbul olunub.

İclasda turun ən böyük cəriməsi "Araz-Naxçıvan" klubuna kəsilib. Fevralın 8-də keçirilən "Sabah" – "Araz-Naxçıvan" oyunu Naxçıvan təmsilçisinin meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib. Həmin qarşılaşmada "Araz-Naxçıvan"ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub daha 700 manat, ev sahibi "Sabah" isə Əsasnamənin tələblərini pozduğuna görə 1000 manat cərimə olunub.

"Zirə" klubu fevralın 8-də "Sumqayıt"la keçirilən matçda 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə 1500 manat məbləğində cəriməyə məruz qalıb.

Fevralın 10-da baş tutan "Şamaxı" – "Qarabağ" qarşılaşmasında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Eyni zamanda, azarkeşlər tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər "Qarabağ" komandası tərəfindən qarşılanacaq.

"Neftçi" – "Qəbələ" matçının 90+1-ci dəqiqəsində "ağ-qaralar"ın futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu isə 500 manat cərimə edilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Bu gün, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Futbol
Bu gün, 21:56

Kriştiano Ronaldo milli futbol karyerasını başa vurdu: "Bu 23 il üçün təşəkkür edirəm"

Qarabağ FK
Bu gün, 21:52

Bakıda Riçard Almeyda və keçmiş komanda yoldaşı Elvin Cəfərquliyev görüşdü - FOTO

Minifutbol
Bu gün, 21:44

Star Bakı minifutbol çempionatında 5:2 hesabla qalib gəldi

Digər
Bu gün, 21:36

Azərbaycan karateçiləri Batumi yarışına hazırlıq üçün görüş keçirdi

Futbol
Bu gün, 21:28

Real Madriddə oktyabr ayının ən yaxşı futbolçusu namizədləri müəyyənləşdirilib

Voleybol
Bu gün, 21:26

Bakı klubu "DH Volley" CEV Kubokunda Holte'yi 3:0 məğlub etdi

Cüdo
Bu gün, 21:14

Azərbaycan 14 cüdoçunu Zaqrebdəki Qran-Pri turnirində təqdim edəcək

Digər
Bu gün, 21:01

AMADA güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançıları üçün antidopinq seminarı keçirdi

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Oxşar xəbərlər