top
AFFA Lisenziya Komissiyasının iclasında qəbul edilmiş bütün qərarlar Sport24.az
08 may 2025, 16:53
- +

AFFA Lisenziya Komissiyasının iclasında qəbul edilmiş bütün qərarlar

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

 

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərarları qəbul edib:

 

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Araz-Naxçıvan" PFK, "Qarabağ" FK, "Neftçi" PFK, "Sabah" FK, "Sumqayıt" FK, "Turan Tovuz" PFK İB, "Zirə" PFK.

 

2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Neftçi" PFK, "Sumqayıt" FK.

 

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Baku Sportinq" FK, "Difai" FK, "İmişli" FK, "Karvan" FK, "Kəpəz" PFK İB, "Qəbələ" İK, "Səbail" PFK, "Şamaxı" FK.

 

4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Cəbrayıl" FK, "Dinamo" FK, "Hypers Quba" FK, "Qaradağ Lökbatan" FK, "Mingəçevir" FK, MOİK FK, "Şahdağ Qusar" FK, "Şəfa" FK, "Şəmkir" PFK, "Şimal" FK, "Zaqatala" FK.

 

5. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

"Araz Saatlı" FK, "Füzuli" FK.

 

6. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Araz-Naxçıvan" PFK, "Baku Juniors" FK, "Dirçəliş" FK, "Qəbələ" İK.

 

UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Yerdə qalan lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.

 

Qeyd 1: Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 14-cü maddəsinə müvafiq olaraq, 2025/2026-cı illər mövsümündə aşağıda göstərilən lisenziyaları alınmış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:

 

* UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Misli Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

* Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

* UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

 

Qeyd 2: Yuxarıda adları sadalanmayan klublar lisenziya prosesinə qoşulmaqdan imtina etmişdir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

"Bayern" - "Real" oyunu: Harri Keyn meydana çıxacaqmı?

Futbol
Bu gün, 05:48

Bernardo Silva "Mançester Siti"dən ayrılır

Futbol
Bu gün, 05:20

PSV Çempionluğu Bitməyə Beş Tur Qalmış Təmin Etdi

Futbol
Bu gün, 04:29

"Real" Rüdigerlə müqaviləni uzadır

Futbol
Bu gün, 03:31

Klinsmanndan İtaliya futboluna tənqid: Gənclərə etimadsızlıq və müdafiəyə meyilli taktika

Futbol
Bu gün, 02:20

Tyeri Anrinin karyerası bitməsinə baxmayaraq, gəlirləri bir çox ulduz futbolçunu geridə qoyur

Boks
Bu gün, 01:49

Dana Uayt UFC döyüşçülərinin müqavilə danışıqlarından uzaqlaşdığını açıqladı

Futbol
Bu gün, 01:32

La Liqa: "Alaves" son dəqiqə qolu ilə heç-heçəyə nail oldu, "Valensiya" məğlub oldu

Futbol
Bu gün, 01:19

Dani Olmo Səudiyyə Ərəbistanının milyonluq təklifini rədd edərək "Barselona"da qalıb

Futbol
Bu gün, 01:10

Liqa 1: "Monako" "Marsel" üzərində qələbə qazandı, digər oyunlarda heç-heçə qeydə alındı

Futbol
Bu gün, 00:58

"İnter" "Roma"nı darmadağın etdi: 5-2

Futbol
Bu gün, 00:55

"İnter" "Roma"nı darmadağın etdi: Seriya A-da 5:2 hesablı qələbə

Futbol
Bu gün, 00:45

İngiltərə Kuboku 2025/2026: Yarımfinal Cütlükləri Müəyyənləşdi

Basketbol
Bu gün, 00:26

"Çikaqo Bullz"da baş məşqçi dəyişikliyi: Ues Anseld namizəd kimi

Futbol
Bu gün, 00:17

Saşa İliçin istefası: Qərar rəhbərliyin ixtiyarındadır

Futbol
Dünən, 23:59

"Fənərbağça" - "Beşiktaş" derbisində "Beşiktaş" azarkeşləri arasında dava: Səbəbi məlum deyil

Boks
Dünən, 23:57

"Böyük İpək Yolu": Azərbaycan boksçuları yarımfinalda 19 yerə sahib çıxdı!

Futbol
Dünən, 23:41

Superliqa: Dramatik Derbi, Penalti Xətası və Qələbələr - YENİLƏNİB + VİDEO

Futbol
Dünən, 23:40

"Fənərbağça" İstanbul derbisində qalib gəldi

Minifutbol
Dünən, 23:37

Futzal millimiz təlim-məşq toplanışına başladı, Gürcüstanla oyunlar planlaşdırılır

Voleybol
Dünən, 23:27

18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vuruldu

Minifutbol
Dünən, 23:09

Futzal millisi təlim-məşq toplanışına başladı: Bakıda hazırlıq, səfər və Gürcüstanla oyunlar

Gimnastika
Dünən, 22:58

Azərbaycan gimnastları "AGF Trophy"də 6 medal qazanıblar: 1 qızıl, 3 gümüş, 2 bürünc

Futbol
Dünən, 22:55

İngiltərə Kuboku: "Lids" "Vest Hem"i penaltilərlə məğlub edərək yarımfinala yüksəlib

Oxşar xəbərlər