AFFA-nın İntizam Komitəsinin iclası olub.
İdman.biz xəbər verir ki, toplantıda aşağı liqalarda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" – "Dinamo" (Bakı) oyununda qonaqlar nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalanıblar.
U-12 Liqasında keçirilməli olan "Kürdəmir" – "İsmayıllı" oyununda da eyni hal yaşanıb. Bu dəfə ev sahibləri nəzərdə tutulmuş vaxtda meydanda olmadıqları üçün texniki məğlubiyyətlə üzləşiblər – 0:3.
İdman.biz