top
Tahir Gözəl: Qarabağın Ferentsvaroş üzərində qələbəsi və Çempionlar Liqası ümidləri Idman.biz
20 avqust 2025, 09:18
- ↺ +

Tahir Gözəl: "Qarabağ"ın "Ferentsvaroş" üzərində qələbəsi və Çempionlar Liqası ümidləri

"Bugünkü qələbəyə görə hədsiz qürurluyuq".

İdman.biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" üzərində Macarıstandakı əzmkar qələbəsindən (3:1) danışarkən deyib.

Qarşılaşmanı stadiondan canlı izləyən Gözəl Ağdam təmsilçisinin bu mövsüm turnirin Liqa mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmə əzminə heyranlıq duyduğunu bildirib: "Bilirsiniz ki, Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışıq. Liqa mərhələsində iştirak edəcək 28 komanda artıq bəllidir. Digər 8 yerdən 5-i isə Çempionlar yolunda yarışan klubların mübarizəsindən sonra müəyyənləşəcək. Artıq pley-offdayıq. Bu isə o deməkdir ki, Liqa mərhələsinə vəsiqə yolunda son 10 komanda arasındayıq və 5 yerə namizədlərdən biriyik. Hər zaman olduğu kimi, bu gün də komandamın yanında idim. Bugünkü qələbəyə görə hədsiz qürurluyuq. Komanda olaraq xalqımıza bu cür sevinc hisləri yaşatdığımız üçün çox sevinirik".

Klubun prezidenti müxtəlif ölkələrdən Macarıstana yollanaraq "Ferentsvaroş" stadionunda komandanı dəstəkləyən azərbaycanlı azarkeşlərə təşəkkürünü çatdırıb: "ABŞ-dən, Çexiyadan, Avropanın bir çox ölkələrindən gələn azarkeşlərimiz bizi dəstəkləyirdilər. Sayları 500 nəfər olmasına baxmayaraq, 22 minlik stadionda yerli fanatlardan heç də geri qalmadı, hətta bəzən onları üstələdi, komandamızı qələbəyə ruhlandırdılar. Birinci hissədə hesabda geri düşməyimizə baxmayaraq, onların dəstəyi futbolçularımıza yenidən güc-qüvvət verdi. Azarkeşlərimizin sədaqəti, ruhu "Qarabağ"a hər zaman əlavə motivasiyadır".

O, komandanın üstün oyunla qələbə qazanmasının böyük önəm kəsb etdiyini söyləyib: "Qələbədən çox bunu necə əldə etmək önəmlidir. Məni ən çox sevindirən də üstün oyun sərgiləməyimiz, topa daha çox sahib olmağımız idi. Xüsusən də, ikinci hissədə möhtəşəm çıxış etdik. Birinci hissədə bəxtsiz qol buraxsaq da, layiqli qələbə qazandıq. Taktiki üstünlüyümüzə rəqib uzun ötürmələrlə cavab verməyə çalışdı. Çünki təkbətək mübarizələrdə futbolçularımızla bacara bilmirdilər. Pley-off mərhələsində qələbə qazanmaq futbolçuların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, həm də tarixi hadisədir".

Tahir Gözəl matçda son nöqtəni qoyan Musa Qurbanlının qoluna xüsusi sevindiyini sözlərinə əlavə edib: "Məni sevindirən məqamlardan biri də Musa Qurbanlının gözəl qol vurması oldu. Çünki bu, ona əlavə motivasiya verəcək. Onun qolu təkcə prezident yox, bir azarkeş kimi məni çox həyəcanlandırdı, sevindirdi. Bundan başqa, Toral Bayramovun Avropa Liqasının Liqa mərhələsində "Budo/Qlimt"ə vurduğu qolun ötən mövsümün turnirdə ən gözəl 10 qolu sırasına düşməsi də məni qürurlandırdı. Həmin qolu UEFA-nın yutub səhifəsində 3 milyondan çox insan izləmişdi".

"Qarabağ"ın səfərdə 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, klub prezidenti arxayınlaşmaq üçün erkən olduğunu düşünür. O, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşündə azarkeşlərin dəstəyinin çox vacib olacağını vurğulayıb: "İndi son 90 dəqiqəmiz qalıb. Cütün taleyinə hələ aydınlıq gəlməyib. Qarşımızda mübariz ruhlu, çox güclü və təhlükəli rəqib var. Maksimum dərəcədə diqqətli olmalıyıq. Texniki heyət də bunu yaxşı bilir. Azarkeşlərimizdən komandamıza böyük dəstək nümayiş etdirmələrini xahiş edirəm. Çünki cavab matçında azarkeş dəstəyi həlledici rol oynaya bilər. Təəssüf ki, işgüzar səfərdə olacağım üçün avqustun 27-də Bakıda keçiriləcək cavab matçını televiziyadan izləyəcəyəm. İnanıram ki, komandamız bu turnirin Liqa mərhələsinə adlayacaq. Həmin mərhələdəki matçlarda da komandamın yanında olacağam, dəstəkləyəcəyəm".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər