top
Tahir Gözəl: Komandamızın qələbəsi ilə hədsiz qürur duyuruq Sport24.az
20 avqust 2025, 09:30
- +

Tahir Gözəl: "Komandamızın qələbəsi ilə hədsiz qürur duyuruq"

"Qarabağ"ın prezidenti Tahir Gözel "köhlən atlar"ın Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş" üzərində Macarıstandakı əzmkar qələbəsini (3:1) stadiondan canlı izləyib. O, qarşılaşmanın ardından matçla bağlı təəssüratlarını bölüşüb.   Tahir bəy komandanın bu mövsüm turnirin Liqa mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmə əzminə heyranlıq duyduğunu bildirib:   "Bilirsiniz ki, Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışıq. Liqa mərhələsində iştirak edəcək 28 komanda artıq bəllidir. Digər 8 yerdən 5-i isə Çempionlar yolunda yarışan klubların mübarizəsindən sonra müəyyənləşəcək. Artıq pley-offdayıq. Bu isə o deməkdir ki, Liqa mərhələsinə vəsiqə yolunda son 10 komanda arasındayıq və 5 yerə namizədlərdən biriyik. Hər zaman olduğu kimi, bu gün də komandamın yanında idim. Bugünkü qələbəyə görə hədsiz qürurluyuq. Komanda olaraq xalqımıza bu cür sevinc hisləri yaşatdığımız üçün çox sevinirik".     Klub prezidenti müxtəlif ölkələrdən Macarıstana yollanaraq "Ferensvaroş" stadionunda komandamızı dəstəkləyən azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib: "ABŞ-dən, Çexiyadan, Avropanın bir çox ölkələrindən gələn azarkeşlərimiz bizi dəstəkləyirdilər. Sayları 500 nəfər olmasına baxmayaraq, 22 minlik stadionda yerli fanatlardan heç də geri qalmadı, hətta bəzən onları üstələdi, komandamızı qələbəyə ruhlandırdılar. Birinci hissədə hesabda geri düşməyimizə baxmayaraq, onların dəstəyi futbolçularımıza yenidən güc-qüvvət verdi. Azarkeşlərimizin sədaqəti, ruhu "Qarabağ"a hər zaman əlavə motivasiyadır".     O, komandasının  üstün oyunla qələbə qazanmasının böyük önəm kəsb etdiyini söyləyib: "Qələbədən çox bunu necə əldə etmək önəmlidir. Məni ən çox sevindirən də üstün oyun sərgiləməyimiz, topa daha çox sahib olmağımız idi. Xüsusən də, ikinci hissədə möhtəşəm çıxış etdik. Birinci hissədə bəxtsiz qol buraxsaq da, layiqli qələbə qazandıq. Taktiki üstünlüyümüzə rəqib uzun ötürmələrlə cavab verməyə çalışdı. Çünki təkbətək mübarizələrdə futbolçularımızla bacara bilmirdilər. Pley-off mərhələsində qələbə qazanmaq futbolçuların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, həm də tarixi hadisədir".     Tahir bəy matçda son nöqtəni qoyan Musa Qurbanlının qoluna xüsusi sevindiyini sözlərinə əlavə edib: "Məni sevindirən məqamlardan biri də Musa Qurbanlının gözəl qol vurması oldu. Çünki bu, ona əlavə motivasiya verəcək. Onun qolu təkcə prezident yox, bir azarkeş kimi məni çox həyəcanlandırdı, sevindirdi. Bundan başqa, Toral Bayramovun Avropa Liqasının Liqa mərhələsində "Bodo-Qlimt"ə vurduğu qolun ötən mövsümün turnirdə ən ən gözəl 10 qolu sırasına düşməsi də məni qürurlandırdı. Həmin qolu UEFA-nın "Youtube" səhifəsində 3 milyondan çox insan izləmişdi".     "Köhlən atlar"ın səfərdə 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, klub prezidenti arxayınlaşmaq üçün erkən olduğunu düşünür. O, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşündə azarkeşlərin dəstəyinin çox vacib olacağını vurğulayıb:   "İndi son 90 dəqiqəmiz qalıb. Cütün taleyinə hələ aydınlıq gəlməyib. Qarşımızda mübariz ruhlu, çox güclü və təhlükəli rəqib var. Maksimum dərəcədə diqqətli olmalıyıq. Texniki heyət də bunu yaxşı bilir. Azarkeşlərimizdən komandamıza böyük dəstək nümayiş etdirmələrini xahiş edirəm. Çünki cavab matçında azarkeş dəstəyi həlledici rol oynaya bilər. Təəssüf ki, işgüzar səfərdə olacağım üçün avqustun 27-də Bakıda keçiriləcək cavab matçını televiziyadan izləyəcəyəm. İnanıram ki, komandamız bu turnirin Liqa mərhələsinə adlayacaq. Həmin mərhələdəki matçlarda da komandamın yanında olacağam, dəstəkləyəcəyəm".
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:15

Al‑İttihad, Al‑Nasr-u 2:1 məğlub etdi, Ronaldun məhsuldar ötürməsi fərqi artırdı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı olduğu Soçi klubu Pari NN-ə 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı olduğu Soçi klubu Pari NN-ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevun çıxışı ilə Soçi klubu Pari NN qarşısında 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı ilə Soçi 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı olduğu Soçi klubu Pari NN-ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayev Soçi klubunda çıxış etdi, komanda 1:0 qalib gəldi

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxışı ilə Soci 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Ramil Şeydayevin çıxış etdiyi “Soçi” klubu Pari NN-ə 1:0 qələbə qazandı

Futbol
Bu gün, 01:00

Şeydayev çıxış etdi, Soçi 1:0 məğlubiyyətə məruz qaldı

Voleybol
Bu gün, 00:50

İtaliya qadın voleybol komandası Avropa çempionatının finalına çıxdı

Voleybol
Bu gün, 00:50

İtaliya qadın voleybol komandası Avropa çempionatının finalına yüksəldi

Futbol
Bu gün, 00:43

Sabahın Zirə qarşı 5-0 qalibiyyəti - Video icmalı

Futbol
Bu gün, 00:43

Sabahın Zira üzərində 5-0 qələbəsi - Video

Futbol
Bu gün, 00:43

Sabahın 5-0 qalib gəldiyi “Zirə” qarşısında video icmalı

Futbol
Bu gün, 00:43

Sabah - Zirə qarşısında 5:0 qələbə (video)

Futbol
Bu gün, 00:43

Sabahın Zirə qarşı 5-0 qalib gəlməsi - Video icmalı

Futbol
Bu gün, 00:43

Sabah - Zirə matçında 5:0 qalibiyyət (video icmalı)

Futbol
Bu gün, 00:43

Sabah – Zirə matçının 5:0 qalibiyyəti video icmalı

Futbol
Bu gün, 00:43

Sabah – Zirə matçında 5-0 qalibiyyət - Video

Futbol
Bu gün, 00:43

Sabah‑Zirə matçının 5:0 qalibiyyəti – Video icmalı

Futbol
Bu gün, 00:43

Sabah‑Zira matçında 5:0 qələbə (video)

Futbol
Bu gün, 00:43

Sabah – Zirə qarşısında 5:0 qələbəsi (Video icmalı)

Futbol
Bu gün, 00:29

Rüfət Abdullazadə startda oynadı, Kiryat Şimona 2:4 ilə Hapoelə məğlub oldu

Oxşar xəbərlər