top
AFFA İcraiyyə Komitəsinin sabiq üzvü: İnkişaf strategiyası Azərbaycan futboluna öz töhfəsini verəcək - MÜSAHİBƏ Report.az
14 yanvar 2025, 17:28
- ↺ +

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü: "İnkişaf strategiyası Azərbaycan futboluna öz töhfəsini verəcək" - MÜSAHİBƏ

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü, Azərbaycan II Liqasında çıxış edən "Dinamo" klubunun prezidenti Yaşar Seyidov "Report"a müsahibə verib. O, AFFA-nın inkişaf strategiyasının əsas hədəflərindən və məsələnin həll yollarından danışıb. Futbol funksioneri yeni strategiyanın Azərbaycan futbolu üçün faydalı ola biləcəyini bildirib.

- AFFA-nın yeni inkişaf strategiyası ilə tanış olmusunuz. Əsas 5 hədəflə bağlı nə deyə bilərsiniz?

- AFFA-nın inkişaf strategiyasının əsas 5 hədəfi artıq ictimaiyyətə təqdim olunub. Bəndləri oxuyan hər kəs artıq məlumatlıdır. Düşünürəm ki, əsas yaralı yerimiz gənc futbolçuların Avropanın aparıcı klublarında çıxış etməməsidir. Bu səbəbdən istedadlı oyunçularımızı yetişdirmək üçün Azərbaycanın yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq. Bu praktika artıq Fransada öz bəhrəsini verib. İndi isə Azərbaycanın bütün bölgələrində seleksiya işləri aparılmalı, istedadlı gənclər üzə çıxarılmalıdır. Hətta sizə deyim ki, biz o vaxt "Bakı" klubunda çalışarkən bu təcrübəni həyata keçirmişdik. Ölkəmizin bölgələrindən oyunçuları üzə çıxarıb, yaratdığımız böyük "Bakı" layihəsinə cəlb edirdik. Demək olar ki, bütün bölgələrdən futbolçular yığmışdıq. Lakin sonradan maliyyə problemləri ilə üzləşdiyimiz üçün layihəni başa çatdıra bilmədik. İndi inanırıq ki, bu layihə Azərbaycan futboluna öz töhfəsini verəcək. Əsas 5 hədəfin ana xətti olaraq bu hissəni xüsusi qeyd edərdim.

- Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandalarımızın Avropa çempionatlarının final mərhələlərində mütəmadi iştirak edəcəyinə inanırsınız?

- Dediyiniz məsələnin həllini tapması üçün az öncə sadaladığımız işləri uğurla icra etmək lazımdır. Bizim yaşı az olan, gənc futbolçularımız Avropanın aparıcı klublarında top qovmasalar, Avropa çempionatının final mərhələlərində iştirak edə bilməyəcəyik. Baxın, Gürcüstan və Türkiyənin aşağı yaş qruplarından ibarət yığmaları mütəmadi olaraq final mərhələlərinə vəsiqə qazanırlar. Bütün bunlar uğurlu strategiyanın bəhrəsidir. Mən buna inanıram. Hər kəs öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirsə, uğur qazana biləcəyik.

- Gənc futbolçularımızın Avropanın aparıcı klublarında çıxış etməsi nə dərəcədə realdır?

- Veteran futbolçularımız İsgəndər Cavadov, İqor Ponomaryov, Əbdülqəni Nurməmmədov, Əsgər Abdullayev, Novruz Əzimov, Ələkbər Məmmədov və digərləri vaxtilə SSRİ çempionatında layiqli şəkildə çıxış edirdilər. Həmin vaxt SSRİ çempionatı 5 ən böyük çempionatlar arasında yer alırdı. Biz bunları unutmamalıyıq. Niyə də indiki futbolçularımız Avropada güclülər arasında yer almasınlar? Ona görə də gənclərə inanmalıyıq. Hətta strategiyanın əsas hissəsində "qələbəmiz hədəflərimizdə, inamımız gənclərimizdədir" sözləri qeyd olunub.

- Yazılan strategiyalar zamanı Azərbaycanın futbol ictimaiyyəti hansı yeniliklərdən xəbərdar oldular?

- Ümumiyyətlə, bildirməliyəm ki, bu strategiyadan sonra Azərbaycan futbolunda olan bəzi biabırçılıqlar üzə çıxdı. Yazılan bəndlərdən sonra bəlli oldu ki, Azərbaycan Liqalarında çıxış edən 34 klubdan cəmi 5-nin bazası minimum tələblərə cavab verir. Milli komandamız 3 stadionda oyunlarını keçirə bilir və bütün yaş qruplarından ibarət yığmalarımız Mərdəkanda yerləşən "Dalğa Arena"da məşqlərini keçirirlər. Azərbaycanda 65 Uşaq-Gənclər İdman Məktəbi mövcud olduğu halda, onlardan cəmi 5-nin futbol meydanı var. Azərbaycanda 4400 məktəb var və onlardan cəmi 40-da futbol dərsləri keçirilir. Sadaladığım bu hallar yazılan strategiyadan sonra üzə çıxdı. Heç vaxt belə bir şəraitdə güclü futbolçu yetişdirmək mümkün olmaz.

- Strategiya üçün ölkəyə gələn Belçika şirkətinin nümayəndələri ilə siz də görüşmüşdünüz. Hansı təklifləriniz oldu?

- Belçika şirkətinin nümayəndələri Bakıya gələndə Tahir Süleymanovla birgə onlarla görüşmək istədik və sağ olsunlar, bizi qəbul etdilər. Tahir müəllimlə öz təkliflərimizi irəli sürdük. Strategiyada yer alan mövzuların əksər hissəsi bizim tərəfimizdən təklif kimi irəli sürüldü. Minnətdaram ki, fikirlərimiz dinlənildi və bəndlərdə öz əksini tapdı. Strategiyanın əsas "beşliy"ində olan əsas bəndlərlə bağlı təklifi mən irəli sürmüşəm.

- Futbol funksioneri olaraq daha əvvəllər hansısa təkliflər hazırlamışdınız?

- Hələ Rövşən Nəcəf AFFA prezidenti təyin olunmamışdan öncə icraçı-vitse prezident Sərxan Hacıyevlə strategiya üzərində planlar qururduq. Bunu ilk dəfə sizə deyirəm. Təxminən 1 il bu mövzunu müzakirə etdik. Lakin vəsait olmadığına görə həyata keçirə bilmədik. Çox sevinirəm ki, artıq bu layihə hazırlanıb. Bu işlərdə Sərxan Hacıyevin də müstəsna rolu var. İnşallah, AFFA bu işin öhdəsindən layiqincə gələcək.

- Daha əvvəl Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı təsdiq edilsə də, effekt verməmişdi. Bunun səbəbi nə idi?

- İndi biz o vaxt buraxdığımız səhvləri təkrarlamamalıyıq. Həmin vaxt yazılan strategiyadan məsul şəxslər hesabat təqdim etmədilər. Ona görə təklif kimi irəli sürərdim ki, hər 6 aydan bir bu işdən məsul şəxslər ictimaiyyətə hesabat təqdim etsinlər və işlərin hansı istiqamətdə irəlilədiyini göstərsinlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər