top
AFFA Hakimlər Komitəsinin sədri Türkiyə toplanışını dəyərləndirib Report.az
15 yanvar 2025, 11:38
- ↺ +

AFFA Hakimlər Komitəsinin sədri Türkiyə toplanışını dəyərləndirib

AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere hakimlərin Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışını dəyərləndirib.

Mütəxəssis "Report"a açıqlamasında toplanışın vacibliyini qabardıb.

O, toplanışın sonunda fiziki testlər götürüldüyünü söyləyib:

"Premyer Liqa hakimlərinin təlim-məşq toplanışı çempionatın ikinci yarısına hazırlaşmaq üçün çox vacib idi. Şəraitimiz çox yaxşı idi. Günəşli hava, çox yaxşı, təbii örtüklü futbol meydanları və hakimlər üçün hər cür şəraiti olan oteldə qalırdıq. Proqram üzrə hər gün 2 dəfə fiziki məşq və texniki sessiyalar keçirilirdi. Kursa beynəlxalq səviyyədə tanınmış təlimçilər - UEFA mütəxəssisi Leyf Lindberq, VAR mütəxəssisi Kristof Dyerik, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Verner Helsen, UEFA konvensiyası koordinatoru Leonid Kaloşin dəvət edilmişdilər. Həftə ərzində peşəkar hakimlər qrupu ilə çox çalışdıq. Toplanışın sonunda fiziki testlər də götürüldü".

Belçikalı komitə sədri hakimlər üçün hansı sessiyalar təşkil olunduğunu da vurğulayıb:

"Texniki sessiyalar hakim və VAR arasında müdaxilə xətti, penalti epizodları, ardıcıl qərar qəbul etmə və sair haqqında idi. Fiziki hazırlıq üzrə məşqçilərlə meydanda inteqrasiya olunmuş təlim sessiyaları təşkil etdik, vaxt məhdudiyyəti altında video qərar qəbul etmə, idman zalında güc məşqləri üzərində çalışdıq. Hər bir təlim sessiyası müasir futbol hakimliyinin tələblərinə cavab vermək üçün koqnitiv bacarıqlarla birləşdirildi".

De Blekere gənc və perspektivli hakimlərin Türkiyədə 4 oyun idarə etdiklərini bildirib:

"Gənc və perspektivli hakimlərimiz 4 yoldaşlıq oyununu idarə etdilər. Bu, hakimlərin beynəlxalq təcrübə qazanması üçün böyük bir fürsət idi. Hakimlərimizin çıxışını yaxşı qiymətləndirirəm. Bakıya müsbət hisslərlə qayıtdım. Fiziki və texniki cəhətdən yüksək səviyyəli toplanış idi, hakimlər də işlərinə peşəkar yanaşdılar. Hakimlər çempionatın ikinci hissəsinə hazırdırlar. AFFA Hakimlər Komitəsinin rəhbəri kimi bu toplanışı təşkil edənlərə təşəkkürümü çatdırmaq istəyirəm".

Qeyd edək ki, Azərbaycan hakimlərinin Türkiyə toplanışı yanvarın 6-dan 12-nə qədər təşkil olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:24

Usman Nurmaqomedovun meneceri onun gələcəyini müzakirə etdi

Boks
Bu gün, 11:21

Eduard Məmmədov iki qızıl medal qazanaraq 13-cü Avropa çempionu oldu;

Futbol
Bu gün, 11:09

Qalatasaray, Batrakov üçün xüsusi kolleksiya satışa çıxardı

Futbol
Bu gün, 11:02

Fransanın LANS klubu baş məşqçisini Yannik Kayuzakla yollarını ayırıb;

Futbol
Bu gün, 11:00

Qəbələ'nin Elvin Camalov'u: 'Həqiqətən futbol oynayıb, irəliləyiş hiss olunur'

Futbol
Bu gün, 10:54

Lans 1:9 məğlubiyyəti sonrası baş məşqçisini qovdu

Futbol
Bu gün, 10:40

CONMEBOL prezidenti Alexandro Dominqes 3,5 milyon dollar məbləğində ödənişdə qeyd olundu

Futbol
Bu gün, 10:22

Cristiano Ronaldonun 16 yaşlı oğlu U-17 millisində debüt etdi

Futbol
Bu gün, 10:20

Qalatasaray, Beşiktaş və Yüventus Kim Min-Jae ilə maraqlanır

Cüdo
Bu gün, 10:07

Zaqrebdə Qran-pri turnirində dörd Azərbaycan cüdoçusu 1/16 finala çıxacaq

Futbol
Bu gün, 10:00

Sumqayıtın müdafiəsi Keffel Resende Azərbaycandakı çıxışından danışdı

Digər
Bu gün, 09:51

Kür 1/8 finalda Çair ilə qarşılaşır – rəqibin təcrübəsi

Futbol
Bu gün, 09:40

İtaliya millisi 64 ildən sonra evdə Fransaya qarşı qələbə qazanıb

Futbol
Bu gün, 09:38

Maykl Kerrik 303 gün sonra Manchester Uniteddan uzaqlaşdırıldı

Futbol
Bu gün, 09:37

Niderland – Yunanıstan, Almaniya – Serbiya: Millətlər Liqası A Liqası

Futbol
Bu gün, 09:34

UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə oyun oynayacaq

Futbol
Bu gün, 09:20

Dünyanın ən yüksək maaşlı İtalyan futbolçusu Canluici Donnarumma təyin edildi

Futbol
Bu gün, 09:13

Martinez çənəsi yaralanmanın ardından Argentina milli komandasında geri dönə bilər

Digər
Bu gün, 09:10

Kür həndbol komandası Mingəçevir şəhərində Şimali Makedoniya klubu WHC Çair ilə EHF Avropa Kuboku müsabiqəsində qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan millisi bu gün Lixtenşteynlə üz-üzə gəlir

Futbol
Bu gün, 09:00

Azərbaycana qarşı Lixtenşteynlə UEFA Millətlər Liqası qarşılaşması

Futbol
Bu gün, 08:40

İngilis futbolçuları arasında ən yüksək maaş Ayven Toniya aiddir, Harri Keyn ikinci yerdə

Futbol
Bu gün, 08:20

Mauricio Pochettino Manchester United ilə iki il yarım müddətli müqavilə imzalayacaq

Futbol
Bu gün, 08:08

Virts: Klopp hər oyundan sonra mənə qısa mesajlar göndərir

Oxşar xəbərlər