top
A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi Idman.biz
Bu gün, 20:18
- ↺ +

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

İtaliya çempionatının səkkizinci turunun iki oyunu eyni - 2:0 hesabı ilə başa çatıb. "Komo" doğma meydanda "Sassuolo"nu, "Bolonya" isə səfərdə "Kalyari"ni məğlub edib.

İdman.Biz xəbər verir ki, hər iki qarşılaşma oktyabrın 24-də keçirilib. Dörd qolun hamısı fasilədən sonra vurulub.

Komodakı görüşün əsas qəhrəmanı Anastasios Duvikas olub. Yunanıstanlı hücumçu ilk hissədə topu tirə vurub, qonaqlardan Darril Bakolanın qolu isə ofsayd səbəbindən qeydə alınmayıb. Sesk Fabreqas fasilədə birdən-birə üç dəyişiklik edib və az sonra meydan sahibləri üstünlüklərini qollara çeviriblər. Duvikas 49-cu dəqiqədə Maksans Kakerenin ötürməsini tamamlayıb, 60-cı dəqiqədə isə Kaikinin cinahdan ötürməsindən sonra dublunu rəsmiləşdirib.

Bütün turnirlərdə ardıcıl üçüncü qələbəsini qazanan "Komo" müvəqqəti olaraq dördüncü pilləyə yüksəlib. Komandanın 17 xalı var - "Roma" ilə eyni, liderlər "İnter" və "Latsio"dan isə iki xal az. Bununla belə, həmin üç rəqib bir oyun az keçirib. "Sassuolo" səkkiz xalla 14-cü yerdədir.

"Unipol Domus"dakı qarşılaşmanın da taleyi ikinci hissədə həll olunub. 57-ci dəqiqədə "Bolonya"nın müdafiəçisi Nikolo Kazale Xuan Mirandanın künc zərbəsindən ötürməsini başla qola çevirib. 80-ci dəqiqədə isə Federiko Bernardeski penalti ilə fərqi artırıb. Penalti Bernardeskinin zərbəsindən sonra Xuan Rodrigesin topun qarşısını əli ilə kəsməsinə görə təyin olunub.

Bu, "Bolonya"nın cari çempionatda ikinci qələbəsidir. Xallarını səkkizə çatdıran komanda 13-cü pilləyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətini alan "Kalyari" isə 13 xalla səkkizinci yerdə qalıb. Turun digər oyunlarının nəticələrindən asılı olaraq komandaların mövqeləri dəyişə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Bu gün, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Digər
Bu gün, 20:45

Canni İnfantino: “Bizim üçün hər bir istedadlı futbolçuya şans vermək vacibdir”

Digər
Bu gün, 20:45

Emeri “Mançester Siti” üzərində qələbədən sonra: “Fantastik gün idi”

Digər
Bu gün, 20:25

Azərbaycan klubu avrokuboklarda məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür”ün məşqçisi: “Ümid edirik ki, yeni federasiya yaradılacaq və çempionat bərpa olunacaq” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Oxşar xəbərlər