top
Lando Norris və Oskar Piastrinin Las-Veqas Qran-prisində diskvalifikasiyası: Maklaren üçün mövsüm çətinləşir Idman.biz
23 noyabr 2025, 14:15
- +

Lando Norris və Oskar Piastrinin Las-Veqas Qran-prisində diskvalifikasiyası: "Maklaren" üçün mövsüm çətinləşir

"Maklaren" komandasının pilotları olan 26 yaşlı britaniyalı Lando Norris və 24 yaşlı avstraliyalı Oskar Piastri "Formula-1"in Las-Veqas Qran-prisində diskvalifikasiya olunublar.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və stüardların apardığı yoxlamalardan sonra hər iki boliddə planşetin sürtünmə nəticəsində normadan artıq yeyildiyi müəyyən edilib.

Rəsmi protokola əsasən, yarışdan sonra bolidlərin alt hissəsində yerləşən sürüşmə panelləri yoxlanılıb və onların qalınlığının qaydalarda tələb olunan minimum 9 mm-dən az olduğu təsdiqlənib.

Bu qərardan sonra şəxsi hesabdakı vəziyyət belə formalaşıb:

1. Lando Norris ("Maklaren") — 390 xal

2. Oskar Piastri ("Maklaren") — 366 xal

3. Maks Ferstappen ("Red Bull") — 366 xal

Diskvalifikasiya nəticəsində "Maklaren" üçün mövsümün gedişatı daha da çətinləşib.

12:45

"Formula-1"də Böyük Britaniyanın "Maklaren" komandasının pilotları olan Lando Norris və Oskar Piastrinin Las-Veqas Qran-prisində tutduqları ikinci və dördüncü yerləri itirə biləcəkləri iddia olunur.

İdman.Biz xəbər verir ki, FIA hər iki bolidlə bağlı araşdırmaya başlayıb.

İlkin olaraq diqqət Norrisin bolidinə yönəlib. İddia olunur ki, finişdən sonra onun maşınında məcburi texniki yoxlama üçün tələb olunan minimum 1 litr yanacaq qalmaya bilər. Qaydalar pozularsa, nəticələrin ləğvi mümkündür.

Daha sonra məlum olub ki, yoxlama hər iki "Maklaren" bolidini əhatə edir. Müfəttişlər alt panelin həddindən artıq aşınma ehtimalını araşdırırlar ki, bu pozuntu da pilotların diskvalifikasiyası ilə nəticələnə bilər.

Araşdırma davam etdiyi üçün komandanın rəhbəri Andrea Stellanın planlaşdırılan mətbuat konfransı qeyri-müəyyən müddətə təxirə salınıb.

Gərginliyi artıran digər məqam yarışın son dövrələrində Norrisin tempinin kəskin şəkildə aşağı düşməsi olub. Britaniyalı pilot yarışdan sonra boksdan bu cür komanda əmrinə görə dəqiq səbəbi bilmədiyini bildirib.

FIA-nın "Formula" seriyaları üzrə direktoru Nikolas Tombasis hazırda "Maklaer" qarajındadır və vəziyyəti komanda rəhbərliyi ilə müzakirə edir

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:11

"Barselona" ÇL-də tarixdə üçüncü dəfə bir oyunda 7 qol vurub və 1/4 finala yüksəlib

Futbol
Bu gün, 06:18

"Real Madrid" və "Bavariya" Çempionlar Liqasında Rekord Sayda Qarşılaşacaqlar

Futbol
Bu gün, 05:15

Levandovski Çempionlar Liqasında 41 fərqli kluba qol vuraraq Messi'nin rekordunu yenilədi

Futbol
Bu gün, 04:12

Keyn Çempionlar Liqasında Şevçenko, İbrahimoviç və Di Stefanonu qol sayına görə üstələyib

Futbol
Bu gün, 03:14

Noa Lanq "Liverpul"la oyunda zədələnərək meydançanı xərəkdə tərk edib

Futbol
Bu gün, 02:23

Çempionlar Liqası: 1/4 final cütləri və komandalar bəlli oldu

Futbol
Bu gün, 02:10

Çempionlar Liqası: "Bavariya", "Liverpul", "Atletiko" və "Barselona" 1/4 finalda

Futbol
Bu gün, 02:04

Çempionlar Liqası: "Liverpul" "Qalatasaray"ı məğlub edərək 1/4 finala yüksəldi

Futbol
Bu gün, 01:57

Çempionlar Liqası: 1/4 Finala Yüksələn Daha 4 Komanda Bəlli Oldu

Futbol
Bu gün, 01:45

"Nyukasl" Avrokuboklarda İngiltərə klublarının antirekordunu təkrarladı: 2:7 hesabı ilə məğlubiyyət

Futbol
Bu gün, 01:25

Türkiyə Superliqası: 27-ci turda "Trabzonspor" səfərdə qələbə qazanıb, digər nəticələr

Minifutbol
Bu gün, 01:23

Minifutbol üzrə Azərbaycan çempionatının finalçıları "Zirə" və "Birbaşa Bakı" oldu

Futbol
Bu gün, 01:04

Joan Qarsia zədə səbəbindən iki-üç həftə "Barselona"ya kömək edə bilməyəcək

Futbol
Bu gün, 00:45

Bredli Barkola "Çelsi" ilə oyunda zədələndi, bir neçə həftə oynamayacaq

Futbol
Bu gün, 00:26

Lamin Yamal Çempionlar Liqasında 10 qol və 10 məhsuldar ötürmə həddinə çatdı

Futbol
Bu gün, 00:07

Robert Levandovski "Nyukasl"a qarşı dublla Çempionlar Liqasında qollarının sayını 109-a çatdırıb

Boks
Dünən, 23:47

Kolbi Kovinqton UFC-dən təxminən bir il sonra ayrılacağını deyib

Futbol
Dünən, 23:43

UEFA Çempionlar Liqası: "Barselona" "Nyukasl"ı 7:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib + VİDEO

Futbol
Dünən, 23:31

Neymar karyerasının sonuna yaxınlaşdığını və DÇ-2026 haqqında danışıb

Basketbol
Dünən, 23:24

Azərbaycan Basketbol Liqası, XX turun oyun cədvəli açıqlandı

Futbol
Dünən, 23:15

Kamavinqa "Mançester Yunayted" və "Liverpul"un maraq dairəsindədir

Futbol
Dünən, 22:59

PSV Rikardo Pepinin əvəzinə Uqaldeni və digər hücumçuları nəzərdən keçirir

Futbol
Dünən, 22:50

UEFA Çempionlar Liqası: "Barselona" - "Nyukasl" oyununda hesab dəyişir - YENİLƏNİR

Futbol
Dünən, 22:45

Bredli Barkola zədə səbəbindən bir neçə həftə meydandan kənarda qalacaq və ÇL oyununu buraxa bilər

Oxşar xəbərlər