top
Formula 1: Azərbaycan Qran-prisinin marşalları yarışa hazırdır - FOTO Idman.biz
18 sentyabr 2025, 13:51
- +

"Formula 1": Azərbaycan Qran-prisinin marşalları yarışa hazırdır - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin marşalları artıq fəaliyyətə başlayıb.

İdman.biz-in məlumatına görə, dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq və onların təhlükəsizliyini təmin edən əsas komanda – marşallar artıq hazırdır.

Bu il təxminən 1500 marşal yarışın təhlükəsizliyinə nəzarət edəcək. Onlar səhər saatlarından etibarən Atletlər kəndindən tras ərazisinə yola düşüb və postlarına yerləşərək yarış zamanı qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.

Marşallar müxtəlif funksional qruplara bölünüblər: yanğın marşalları, bayraq marşalları, trek marşalları və digər dəstək komandaları. Hər bir qrupun öz vəzifəsi var, lakin bütün marşalların əsas məqsədi – pilotlar və azarkeşlər üçün təhlükəsiz və problemsiz yarış mühiti yaratmaqdır.

Bugün onlar tras boyunca gəzərək postları ilə tanış olub, təlimatlar alıb və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiblər. Hər bir marşalın rolu öncədən müəyyən olunub və bütün fəaliyyətlər təhlükəsizliyin maksimum səviyyədə qorunmasına yönəlib.

Qeyd edək ki, "Formula 1" marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi ilə fəaliyyət göstərir. Onlar yarışa olan böyük sevgi və maraqla qoşulur, bir çoxları üçün bu, peşəkar karyeradan daha çox fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.

Marşalların dəqiqliyi, intizamı və cəsarəti olmasa, "Formula 1" mümkün olmazdı. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətdə mübarizə aparır, azarkeşlər isə trasın həyəcanını təhlükəsiz şəraitdə izləyə bilirlər.

Azərbaycan Qran-prisi 19–21 sentyabrda Bakının mərkəzi küçələrində keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Dünən, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Dünən, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Dünən, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Dünən, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Dünən, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Dünən, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Dünən, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Dünən, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Dünən, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Dünən, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Dünən, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Dünən, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Dünən, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Dünən, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Dünən, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Dünən, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Dünən, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Dünən, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Dünən, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Dünən, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Dünən, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Dünən, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Dünən, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər