Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində ukraynalı Hlib Yevsieyevə 4:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.