top
Türkiyə Klubları Beşiktaş'a Güc Tətbiqini Kəskin şəkildə Pisləyir Oxu.az
Yesterday, 23:06
- ↺ +

Türkiyə Klubları Beşiktaş'a Güc Tətbiqini Kəskin şəkildə Pisləyir

"Trabzonspor", "Fənərbağça" və "Qalatasaray" klubları Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə güc tətbiq etməsini kəskin şəkildə pisləyiblər.

Oxu.Az xəbər verir ki, Türkiyə klubları bununla bağlı sosial şəbəkə hesablarında dəstək bəyanatları yayıblar.

"Bu axşam Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə qarşı zorakılıq edilməsini kəskin şəkildə pisləyirik.

Türkiyə futboluna və azarkeşlərimizə qarşı edilən haqsızlıqlar qarşısında birlikdə dayanmaq və həmrəylik nümayiş etdirmək ən əsas məsuliyyətimizdir.

"Trabzonspor" klubu olaraq "Beşiktaş" ictimaiyyətinin və bu axşam haqsızlığa məruz qalan azarkeşlərinin yanında olduğumuzu bildiririk. Hadisələr zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən azarkeşlərə şəfa diləyirik", - deyə Trabzon təmsilçisinin bəyanatında bildirilib.

"Fənərbağça" da "Beşiktaş" klubuna dəstək bəyanatı yayıb:

"Avropada ölkəmizi təmsil edən "Beşiktaş"ın Gürcüstanda keçirdiyi qarşılaşmadan əvvəl və oyun zamanı vətəndaşlarımıza qarşı törədilən hücumları kəskin şəkildə pisləyirik. "Beşiktaş" azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsi qəbuledilməzdir.

"Fənərbağça" İdman Klubu olaraq Türkiyə idmanına və vətəndaşlarımıza qarşı hər cür haqsızlığın əleyhinə olduğumuzu vurğulayırıq".

"Qalatasaray" klubunun yaydığı dəstək bəyanatında isə deyilir:

"Türkiyə klublarının beynəlxalq yarışlarda öz meydanlarında və azarkeşləri qarşısında oynamaq hüququndan məhrum edilməsini qəbul etmirik.

UEFA klublarımıza qarşı bərabərlik prinsipindən uzaq, ikili standartlara əsaslanan təcrübəsinə artıq son qoymalıdır!

Bu axşam Gürcüstanda təhlükəsizlik qüvvələrinin "Beşiktaş" azarkeşlərinə güc tətbiqini də kəskin şəkildə pisləyirik.

"Qalatasaray" İdman Klubu olaraq "Beşiktaş" klubunun və baş verən hadisələrdən zərər çəkən azarkeşlərin yanında olduğumuzu bildirir, xəsarət alan azarkeşlərə şəfa diləyirik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 22:52

Batumi-də "Beşiktaş" - "Hapoel Beer-Şeva" matçı polis müdaxiləsindən sonra bərpa olundu

Football
Yesterday, 22:51

Juventus Daniel Yanesi transferini planlaşdırır

Football
Yesterday, 22:25

Beşiktaş-Hapoel matçı tribunada hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırıldı

Football
Yesterday, 22:07

"Vasko da Qama"nın hücumçusu David Korrea məşq bazasında həbs olunub

Football
Yesterday, 21:40

Tottenhamdə böyük itki: Savinyo zədələdi

Football
Yesterday, 20:52

Deportivonun futbolçusu Obameyanq məşqə gedərkən avtomobil qəzasına düşdü

Football
Yesterday, 20:40

Çempionlar Liqası 5-ci turunda rəmzi komanda kimlərdən ibarətdir?

Football
Yesterday, 20:12

PSJ-nin qapıçısı Luka Şevalye çıxış edibilməməkdən dolayı qış transfer pəncərəsində klubdan ayrılmaq istəyir

Football
Yesterday, 20:03

Qalatasaray hücumçusu Deniz Gülün Beşiktaş derbisinə qatılma ehtimalı

Football
Yesterday, 19:47

Barselona müdafiəçisi Balde sağ topuq yaralıyıb

Football
Yesterday, 19:14

Manchester City-də daxili fikir ayrılıqları və gələcək narahatlığı

Wrestling
Yesterday, 18:04

AGF veteran güləşçilərlə görüşdü, İordaniyadakı dünya çempionatında medal qazananları təbrik etdi

Football
Yesterday, 17:49

Şahdağ Qusar I Liqası 1-ci dövrənin qalibi oldu

Football
Yesterday, 17:30

Sumqayıt klubunun məşqçi və futbolçu heyəti yeni idarəçilik qaydaları öyrəndi

Football
Yesterday, 17:28

Pyer-Emerik Obameyanq "Deportivo"ya məşqə gedərkən yol qəzasına düşüb

Others
Yesterday, 17:15

Yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Football
Yesterday, 17:03

Sneyder Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb

Football
Yesterday, 16:51

CIES 23 yaşadək futbolçular reytinqini açıqladı: lider İspaniya

Football
Yesterday, 16:49

Sabah

Football
Yesterday, 16:43

"Liverpul" Konate-i "Bayer 04"dən 60 milyon avroya geri qaytara bilər

Football
Yesterday, 16:32

Barselonanın müdafiəçisi Balde "Sabah"a qarşı Çempionlar Liqası oyununda ciddi zədə alıb

Football
Yesterday, 16:13

FİFA kiberhücumu təsdiqlədi — şəxsi və kommersiya məlumatlarına icazəsiz giriş əldə olunub

Football
Yesterday, 16:04

Premyer Liqanın keçmiş bombardiri Nurlan Novruzov 'Neftçi'nin U-12 komandasına məşqçi təyin olunub

Related news