top
Oyan Nəzəriani: Çimərlik güləşi, dünya çempionatı, Olimpiya Oyunları və yığma komandaya seçim meyarları Report.az
26 May 2026, 18:46
- ↺ +

Oyan Nəzəriani: Çimərlik güləşi, dünya çempionatı, Olimpiya Oyunları və yığma komandaya seçim meyarları

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani "Report"a müsahibə verib. Mütəxəssis Dünya Seriyasının Vyetnamda keçirilən ilk mərhələsində qazanılan nəticələri dəyərləndirib. O, qarşıdakı yarışlardan, Bakıda təşkil olunacaq dünya çempionatının əhəmiyyətindən və Azərbaycanın çimərlik güləşində artan nüfuzundan danışıb. O.Nəzəriani həmçinin Vyetnamda keçiriləcək beynəlxalq məşqçilik kursundakı iştirakı, Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq prosesi və yığma komandaya seçim meyarları barədə də fikirlərini bölüşüb.

- Çimərlik güləşi mövsümünə Vyetnamda start verildi. Dünya Seriyasının ilk mərhələsində 1 dəst medal qazandınız. Komandanın çıxışından razı qaldınız?

- Bildiyiniz kimi, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Vyetnamın Dananq şəhərində baş tutan ilk mərhələdə 3 çəki dərəcəsində çıxış etdik. 90 kq-da Əşrəf Aşırov qızıl, 80 kq-da Sahib Dadaşov gümüş və 70 kq-da Rübail İbrahimli bürünc medal qazandı. Bundan sonrakı seriyaların hamısında 4 çəkidə iştirak edəcəyik. İslam İlyasov +90 kq-da yer alacaq. Bu yarışda medalsız qalan Vüsal Əliyevin (80 kq) növbəti mərhələlərdə sözünü deyəcəyinə inanıram. Ümumilikdə nəticəmizi yaxşı hesab etmək olar. Ancaq 70 və 80 kq-da qızıl medal qazana bilərdik.

- Bir müddət sonra yenidən Vyetnama yola düşəcəksiniz. Amma bu dəfə başqa məqsədlə. Azərbaycan güləş tarixində ilk təlimçi-məşqçi kimi iştirak edəcəyiniz bu tədbirlə bağlı məlumat verməyinizi istərdik.

- Bildiyiniz kimi, mən Dünya Güləş Birliyinin məşqçi-təlimçisiyəm. İyunun 2-dən 7-dək Vyetnam Güləş Federasiyasının dəvəti, Dünya Güləş Birliyinin və Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Dananq şəhərində məşqçilik kursu keçiriləcək. Həmin tədbirdə təlimçi qismində iştirak edəcəyəm. II səviyyə məşqçilik kurslarında həm sərbəst, həm də çimərlik güləşi üzrə yerli məşqçilər iştirak edəcək.

- Bu il bizi məsul yarışlar gözləyir. Onlardan biri də Bakıda keçiriləcək dünya çempionatıdır. Ölkəmiz ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatına və Dünya Seriyasına ev sahibliyi edəcək. Bu yarışın Bakıda keçirilməsi çimərlik güləşinin populyarlaşmasına nə qədər kömək edəcək? Ümumiyyətlə, bu yarışlar Azərbaycanın dünya çimərlik güləşində mövqeyinə hansı formada təsir göstərəcək?

- Bu il çox gərgin və məsuliyyətli, eyni zamanda xoş ildir. Azərbaycan Güləş Federasiyasının təşəbbüsü ilə bu il çimərlik güləşi üzrə 2 önəmli yarış Bakıda keçiriləcək. Nəzərə alsaq ki, çimərlik güləşi günü-gündən dünyada populyarlaşır, bu dalğanın Azərbaycana yayılması, idman ictimaiyyətinin yarışları daha yaxından izləyib, çimərlik güləşi ilə tanış olması həqiqətən böyük bir şansdır. Düşünürəm ki, bu yarışlar güləşin bu növünə marağı artıracaq. Gələcəkdəki hədəfimiz odur ki, ölkəmizi daha geniş güləşçi heyəti ilə təmsil edək. Fürsətdən istifadə edib federasiyamıza dərin təşəkkürümü bildirmək istəyirəm. Çimərlik güləşinə baxışı, bu istiqamətdə atılan addımlar uzaqgörən siyasətin göstəricisidir.

- İlin ən əsas yarışı Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları olacaq. Oyunların proqramında çimərlik güləşi də yer alıb. Olimpiadada Azərbaycan bu növdə neçə idmançı ilə təmsil olunacaq?

- Artıq iki ildir ki, bu yarışa hazırlaşırıq. Ötən il həm Avropa, həm də dünya çempionatında əldə edilən nəticələr kvota qazanmağımıza imkan verdi. Oğlanlardan ibarət U-17 yığmamız 3 kvota qazandı. Bunlar 70, 80 və 90 kq-dır. Qızlardan ibarət komandamızda isə 55 kq-da kvota qazanmışıq. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramında yer alacaq yeganə güləş növü məhz çimərlik güləşi olacaq. Bu, ilk dəfə baş verəcək. Olimpiya Oyunları bizim üçün çox əhəmiyyətli yarışdır.

- Olimpiya Oyunlarına heyət seçimini necə aparacaqsınız? Yalnız Azərbaycan çempionatının nəticələri əsas götürüləcək, yoxsa bir neçə yarışın yekununa baxıb, ona əsasən heyəti müəyyənləşdirəcəksiniz?

- Azərbaycan çempionatı yalnız yığmanın tərkibini formalaşdırmaq üçündür. Ancaq seçimə təsiri var. Biz həm ötən il baş tutan Avropa və dünya çempionatının, həm də bu il Bakıda keçiriləcək U-17 dünya çempionatının nəticələrini əsas götürəcəyik. Bunlarla yanaşı, il ərzində keçirilən təlim-məşq toplantılarında güləşçilərin hazırlıq prosesində göstərdiyi performans da dəyərləndiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Formula 1
Today, 23:33

Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu

Football
Today, 22:56

Dambrauskas "Sabah"ın "Araz-Naxçıvan"a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Football
Today, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Football
Today, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Football
Today, 21:39

Sabah Araz‑Naxçıvanı 2-0 məğlub etdi

Football
Today, 20:11

"Əl‑Nəsr" 100‑cü ardıcıl çempionat qolunu vurdu

Football
Today, 19:41

"Turan Tovuz"un son dəqiqə qələbəsi – Video icmalı

Football
Today, 19:12

Azər Məmmədov "Kəpəz"in "Turan Tovuz"a məğlubiyyətini şərh etdi: "Ən azı bir xal qazanmağa layiq idik"

Football
Today, 19:03

"Bursaspor" səfərdə "Vanspor"la 1:1 heç-heçə etdi

Football
Today, 18:40

"Hypers" – "Şirvan": 1:1 (videoicmalı)

Football
Today, 18:19

Azərbaycan 2-ci liqasında 13-cü tur başladı

Football
Today, 17:29

"Bavariya"da Musialanın zədəsi və səhhət problemi komandada narazılıq yaradıb

Football
Today, 16:24

Karbala komandası maliyyə çətinlikləri səbəbindən 14 dəqiqədə məğlubiyyət tapdı

Football
Today, 15:21

"Turan Tovuz" - "Kəpəz": Premyer Liqanın 13-cü turundakı matçın heyətləri açıqlanıb

Football
Today, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Others
Today, 15:01

Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib

Football
Today, 14:39

İngiltərə Premyer Liqası klubları "Mançester Siti"nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Football
Today, 14:36

"Beşiktaş‑Hapoel matçı sonrası türk turizm şirkətləri Gürcüstan turlarını ləğv edir"

Others
Today, 14:02

İmaməddin Xəlilovun hədəfi: yenidən paralimpiya və dünya çempionu olmaq

Football
Today, 13:27

Neftçi müdafiəçisi Rüfət Abbasov qırmızı vərəqə barədə izahat verdi

Qarabagh FC
Today, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Football
Today, 12:41

Ronaldo: "Bizim nəslimizlərdə hər yerdə əsl qatillər var idi, indi futbolçular daha yaxşı qorunur"

Football
Today, 12:28

Xosep Qvardiola "Barselona"ya qayıtmaq niyyəti olmadığını açıqlayıb

Related news