İspaniyalı məşqçi Xosep Qvardiolanın "Barselona" klubuna geri dönmək niyyəti yoxdur.
"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis açıqlama verib.
O, Kataloniya təmsilçisində çalışmağı düşünmədiyini söyləyib:
"Bavariyaya qayıdacağammı? Üli Höness və Karl-Haynts Rummenigge ilə hələ də əlaqə saxlayıram. Amma əvvəllər işlədiyim kluba yenidən getməliyəm? Məsələn, mən "Barselona"ya qayıtmayacağam. "Bavariya"nın Vensan Kompani kimi əla baş məşqçisi var. Ondan sonra isə yeni, gənc bir mütəxəssis gələcək".
Qeyd edək ki, son olaraq İngiltərənin "Mançester Siti" komandasına rəhbərlik edən Xosep Qvardiola "Barselona"da fəaliyyət göstərdiyi dövrdə iki dəfə UEFA Çempionlar Liqasını, üç dəfə isə İspaniya La Liqasını qazanıb.