Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində çexiyalı Qaspar Sançezlə üz-üzə gəlib.
Azərbaycan idmançısı bu görüşdə rəqibini 8:0 hesabı ilə məğlub edib.