Azərbaycanın yunan-Roma güləşçisi Emin Baxşəliyev Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.
"Report"un məlumatına görə, 110 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində serbiyalı Andrey Simiçə 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.