Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada yaponiyalı Hinata Hanamoriyə qalib gəlib.
Daha əvvəl təmsilçilərimizdən Abdurrahman Hüseynli (51), Əli Cavadlı (45 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.