Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov da dünya çempionatına qələbə ilə start verib.
"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qırğızıstanlı Alixan Minazarovla üz-üzə gəlib.
Q.Məcnunov rəqibini 9:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
10:44
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində çexiyalı Qaspar Sançezlə üz-üzə gəlib.
Azərbaycan idmançısı bu görüşdə rəqibini 8:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.