top
Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək Report.az
Today, 15:46
- ↺ +

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybolçulardan ibarət milliləri Avropa çempionatının (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) I təsnifat mərhələsində mübarizə aparacaqlar

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Oğlanlardan ibarət U-16 millimiz Latviyanın paytaxtı Riqada mübarizə aparacaq. B qrupunda yer alan komanda Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. A qrupunda isə Polşa, Estoniya və Ukrayna komandaları çıxış edəcəklər.

Qızlar isə Estoniyanın Kaariku şəhərində mübarizə aparacaqlar. B qrupunda yer alan millinin rəqibləri Estoniya, Litva və Ukrayna kollektivləri olacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.

Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri (A1 - B1) finalda turnirin çempionunu müəyyənləşdirəcəklər. İkinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2 - B2 və A3 - B3 qarşılaşmalarında üz-üzə gələcəklər.

A1 - B1 görüşünün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Oğlanlar

19 noyabr

18:00. Latviya - Azərbaycan

20 noyabr

18:00. Azərbaycan - Finlandiya

Qızlar

19 noyabr

19:00. Estoniya - Azərbaycan

20 noyabr

16:00. Azərbaycan – Ukrayna

21 noyabr

19:00. Litva – Azərbaycan

Qeyd edək ki, yarışlar noyabrın 19-22-də keçiriləcək. Oyunların başlama saatları yerli vaxtla göstərilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 17:15

Liverpool Virgil van Dijk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Judo
Today, 16:53

Erkenrat-Vimar: "Asiya Kubokunda 5 cüdoçu ilə 5 medal qazanaraq qızlar arasında komanda hesabda birinci olduq"

Football
Today, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Football
Today, 16:15

Uşaq futbolunun inkişafında durğunluq qarşısı alınmalıdır – Vəli Qasımov

Others
Today, 15:30

Gənclər və İdman Nazirliyinin `Üzməyi öyrənək` layihəsi 8-ci dəfə təşkil olunacaq

Minifootball
Today, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Football
Today, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Football
Today, 13:27

“Vikinq” - “Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Others
Today, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Football
Today, 13:07

"Vikinq" – "Sabah" matçını niderlandlı hakim briqadası idarə edəcək

Football
Today, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və assist baxımından liderdir

Formula 1
Today, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Football
Today, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Others
Today, 11:22

Noabrın 14-də Binə Atçılıq Mərkəzində konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Chess
Today, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq

Others
Today, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Football
Today, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir

Boxing
Today, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə birgə Avropa çempionatına hazırlıqda

Football
Today, 10:59

UEFA Çempionlar Liqası: "Sabah" 200 azarkeşlə Norveçdə "Vikinq"ə qarşı oynayacaq

Football
Today, 10:45

Vikinq klubunun iki baş məşqçisinin çempionluğa gedən yolu

Football
Today, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekord qırdı

Others
Today, 09:27

AzVİF və İdman Akademiyası tərəfindən Respublika Velotrekində tələbələr üçün maarifləndirici tədbirlər keçirildi

Qarabagh FC
Today, 09:03

Sumqayıt Şəfa’yı 9‑8 məğlub etdi

Related news