top
Nihad Məmmədovun rekordu Azərbaycanda stolüstü tennisə marağı artıracaq Report.az
21 May 2026, 11:16
- ↺ +

Nihad Məmmədovun rekordu Azərbaycanda stolüstü tennisə marağı artıracaq

Azərbaycan stolüstü tennisçisi Nihad Məmmədovun "Ginnesin Rekordlar Kitabı"na düşməsi bu idman növünə marağı daha da artıracaq.

İdmançı bu barədə "Report"a açıqlamasında bildirib.

O, qarşıdakı illərdə bu nəticənin dəyişə biləcəyini söyləyib:

"Düşünürəm ki, rekordlar qırılmaq üçündür. Gələcəkdə bu nəticə yenilənə bilər. İdmanda rəqabət inkişaf gətirir. Amma hazırda bu nəticəni əldə etdiyim üçün xoşbəxtəm və inanıram ki, bu rekord Azərbaycanda stolüstü tennisə marağı daha da artıracaq".

N.Məmmədov rekordun təsdiqlənməsinin onun üçün çox qürurverici və unudulmaz an olduğunu vurğulayıb:

"Hazırkı uğurun arxasında uzunmüddətli məşqlər, intizam və böyük zəhmət dayanır. Azərbaycanı "Ginnesin Rekordlar Kitabı" səviyyəsində təmsil etmək mənim üçün xüsusi hissdir".

Stolüstü tennisçi növbəti məqsədlərindən də söz açıb:

"Qarşıdakı əsas hədəfim həm öz nəticələrimi daha da inkişaf etdirmək, həm də Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etməkdir. Bundan əlavə, bu idman növünə marağı artırmaq və gənclərə motivasiya vermək istəyirəm".

Xatırladaq ki, Azərbaycan millisinin üzvü bu ilin aprelində "Şüa İdman Kompleksi"ndə təşkil olunan mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. O, Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.

Qeyd edək ki, sözügedən rekord (17.50 metr) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 05:08

Mourinyo hakimin qərarlarından narazı qalması və Bellingemin oyundan qovulması

Football
Today, 03:06

"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son verdi

Football
Today, 01:46

"İnter Cenoa qarşısında 4:0 məğlub oldu - Video"

Football
Today, 00:24

Abdulla Sima Fransa Liqa 1-də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu

Football
Yesterday, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Formula 1
Yesterday, 23:33

Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu

Football
Yesterday, 22:56

Dambrauskas "Sabah"ın "Araz-Naxçıvan"a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Football
Yesterday, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Football
Yesterday, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Football
Yesterday, 21:42

Bavariya Hamburgda 0:0 nəticə, qırmızı kartla çarx

Football
Yesterday, 21:39

Sabah Araz‑Naxçıvanı 2-0 məğlub etdi

Football
Yesterday, 20:11

"Əl‑Nəsr" 100‑cü ardıcıl çempionat qolunu vurdu

Football
Yesterday, 19:41

"Turan Tovuz"un son dəqiqə qələbəsi – Video icmalı

Football
Yesterday, 19:12

Azər Məmmədov "Kəpəz"in "Turan Tovuz"a məğlubiyyətini şərh etdi: "Ən azı bir xal qazanmağa layiq idik"

Football
Yesterday, 19:03

"Bursaspor" səfərdə "Vanspor"la 1:1 heç-heçə etdi

Football
Yesterday, 18:40

"Hypers" – "Şirvan": 1:1 (videoicmalı)

Football
Yesterday, 18:19

Azərbaycan 2-ci liqasında 13-cü tur başladı

Football
Yesterday, 17:29

"Bavariya"da Musialanın zədəsi və səhhət problemi komandada narazılıq yaradıb

Football
Yesterday, 16:24

Karbala komandası maliyyə çətinlikləri səbəbindən 14 dəqiqədə məğlubiyyət tapdı

Football
Yesterday, 15:21

"Turan Tovuz" - "Kəpəz": Premyer Liqanın 13-cü turundakı matçın heyətləri açıqlanıb

Football
Yesterday, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Others
Yesterday, 15:01

Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib

Football
Yesterday, 14:39

İngiltərə Premyer Liqası klubları "Mançester Siti"nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Football
Yesterday, 14:36

"Beşiktaş‑Hapoel matçı sonrası türk turizm şirkətləri Gürcüstan turlarını ləğv edir"

Related news