top
Qarabağın Sabaha qarşı qələbəsiz seriyası 10 matça çatıb - Araşdırma Report.az
Today, 12:00
- ↺ +

Qarabağın Sabaha qarşı qələbəsiz seriyası 10 matça çatıb - Araşdırma

"Qarabağ" futbol komandasının "Sabah"a qarşı son oyunlardakı qələbəsizlik seriyası davam edib.

"Report"un araşdırmasına əsasən, Ağdam klubu bütün turnirlər nəzərə alınmaqla son 10 matçda rəqibini üstələyə bilməyib.

Komandalar arasındakı ən son matç ötən gün Misli Premyer Liqasının IX turunda baş tutub. Mərdəkandakı "Sabah Arena"da keçirilən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

"Köhlən atlar"ın son ölkə çempionu üzərində axırıncı qələbəsi 2024-cü ilin sentyabrına təsadüf edir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Misli Premyer Liqasında rəqibini 3:2 hesabı ilə məğlub edib. O dövrdə "Sabah"ın baş məşqçisi xorvatiyalı mütəxəssis Krunoslav Renduliç olub.

Həmin matçdan sonra ağdamlıların bu rəqibə qarşı qələbəsiz oyunlar seriyası başlayıb.

2024-cü ilin noyabrında "bayquşlar"ın baş məşqçisi vəzifəsinə gətirilən rusiyalı Vasili Berezutski də "Qarabağ"a uduzmayıb. İki kollektivin 2024/2025 mövsümündə Misli Premyer Liqasında ardıcıl üç görüşü 1:1 hesabı ilə başa çatıb.

"Sabah" həmin mövsümdə Azərbaycan Kubokunun final qarşılaşmasında rəqibini əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu titulu qazanıb.

2025/2026 mövsümünə litvalı mütəxəssis Valdas Dambrauskasla başlayan "Sabah" onun rəhbərliyi dövründə də "Qarabağ"a yenilməyib.

Bakı təmsilçisi ötən mövsüm Misli Premyer Liqasının I (2:1) və XXVIII (1:0) turlarında rəqibini məğlubiyyətə uğradıb. XXII turda isə qollu heç-heçə qeydə alınıb - 3:3. Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında tərəflər bərabərə qalıblar (2:2). Cavab oyununda isə "Sabah" 2:1 hesabı ilə sevinən tərəf olub.

Qeyd edək ki, komandalar arasındakı növbəti qarşılaşma Misli Premyer Liqasının XIX turunda baş tutacaq. Matçın fevralın əvvəlində keçirilməsi planlaşdırılır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Tennis
Today, 12:38

Tunar Bağırov Riga City Council's Youth Cup 2026 turnirində 3-cü yeri tutdu

Volleyball
Today, 12:12

Azerbaijan's U-20 women's volleyball team finished fifth in the EEVZA Championship

Football
Today, 11:50

“Turan Tovuz” played its 150th match in the Misli Premier League;

Football
Today, 11:40

Khvicha Kvaratskhelia to Undergo Surgery in Qatar for Right Knee Injury

Football
Today, 11:24

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi 250-ci görüşünə çıxıb

Football
Today, 11:11

Sabah 9 oyunda yalnız 1 qol qəbul edərək Azərbaycan çempionatlarının tarixi rekordunu təkrarlayıb

Football
Today, 11:08

İmişli 10-cu qələbəsini Şamaxı qarşısında qazanıb

Football
Today, 11:06

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsi oyunlarının təyinatları məlum oldu

Qarabagh FC
Today, 11:01

Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu oyunçu kimi tarixə düşdü

Qarabagh FC
Today, 11:00

Statement from Qarabağ footballer: "The title fight will be between three teams"

Minifootball
Today, 10:59

Araz-Naxçıvan – Uypest futsal oyununun təyinatları açıqlanıb

Others
Today, 10:57

Four Medals Won at the European Muay Thai Championship

Football
Today, 10:44

Dorukhan Toköz and Helin Kandemir Back Together; Song "Kandırdım" Grabs Attention on Social Media

Qarabagh FC
Today, 10:32

Umarali Raxmonaliyev: “Çempionlar və Premyer Liqada yaxşı nəticə üçün mübarizə aparacağıq”

Boxing
Today, 10:01

Azərbaycan boksçuları U-15 Avropa çempionatında 10 medal qazandı

Football
Today, 10:00

Baku Sportinq appoints new head coach Bəxtiyar Soltanov

Football
Today, 09:28

U-15 National Team to Play Two Matches Today: Against Israel and Haiti

Qarabagh FC
Today, 09:28

Canni İnfantino: “Sabah” və “Qarabağ”, Azərbaycan futbolunun möhtəşəmliyini nümayiş etdirdi

Football
Today, 01:48

Leak of information about a player's injury at Chelsea is being discussed

Football
Yesterday, 23:30

Real Madrid TV Accuses La Liga Referees of Bias Before "El Clasico"

Qarabagh FC
Yesterday, 23:30

"Karabakh" will determine the champion tomorrow as a guest: Həsi

Tennis
Yesterday, 23:24

Elena Rybakina Successfully Defends Her Title at Ningbo WTA 500 in China

Wrestling
Yesterday, 23:14

Sənan Süleymanov: Dünya çempionu, Olimpiya çempionu olmaq istəyir

Related news