top
İmişli futbol klubunun U-19 komandasına qatılan 6 afrikalı futbolçudan dördü ilə müqavilə bağlanılıb Report.az
Today, 16:42
- ↺ +

İmişli futbol klubunun U-19 komandasına qatılan 6 afrikalı futbolçudan dördü ilə müqavilə bağlanılıb

"İmişli"nin U-19 komandasına Afrikadan dəvət olunan futbolçulardan 4-ü ilə müqavilə bağlanılıb.

Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

O, uyğun gələcəyi təqdirdə bu futbolçuların əsas komandaya cəlb olunacağını da vurğulayıb:

"Sınaq məqsədilə komandaya 6 nəfər gəlmişdi. Onlardan 4-ü ilə müqavilə bağladıq. Bir il boyunca U-19 Liqasında çıxış edəcəklər. Ondan sonra əsas komandaya uyğun gələcəkləri təqdirdə peşəkar müqavilə bağlayacağıq. Məqsəd əsas komanda üçün oyunçu yetişdirməklə yanaşı, U-19 Liqasında "Sabah" və "Qarabağ" kimi klublarla mübarizə apara biləcək güclü heyət formalaşdırmaqdır. U-19 millisi üçün namizəd oyunçularımız da kifayət qədərdir. Artıq 4-5 futbolçumuz müvafiq yaş qrupları üzrə yığmalara dəvət alıb. Bununla paralel olaraq komandamıza daha da güç qatmaq üçün bu addımı atmışıq".

Klub rəsmisi komandanın çempionatda uğurlu çıxış etdiyini söyləyib:

"Müntəzəm olaraq menecerlər bizə gənc oyunçular təklif edirlər. Bizim də əsas marağımız gənc futbolçulardır. Bu mövsüm U-19 Liqasında Vüqar Əsgərlinin rəhbərliyi altında uğurla çıxış edirik. B qrupunda liderik və ümid edirik ki, A qrupuna yüksələrək ən yaxşı nəticəni göstərəcəyik. Təkcə bizdə deyil, "Turan Tovuz" və "Qarabağ"da da bu proses var. Böyük məbləğ verib əsas komandaya futbolçu gətirməkdənsə, aşağı məbləğlə akademiyaya cəlb edib, əsas heyətə yüksəltmək daha effektlidir. Klubların yanaşması belədir".

Qeyd edək ki, "İmişli"nin U-19 komandasının heyətinə Qambiyadan Ebrima Camme (18 yaş), Lamin Kante (19 yaş), Nigeriyadan isə Adavale Latef, Bassey Meşak, Abdullatef Apatira və Olayinka Qbolahan (hamısı 18 yaş) dəvət olunmuşdu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 17:42

Bernardü Silva Portuqaliya millisi üçün Ronaldunun yerinə yeni kapitan olacaq

Formula 1
Today, 17:16

Mercedes sürücüsü Corc Rassell mühərrik dəyişdirməsi üçün 5 mövqe cəriməsi aldı

Gymnastics
Today, 17:00

Azərbaycanın tamblinq millisi Çində keçirilən dünya çempionatında ardıcıl üçüncü qızılı qazanıb

Football
Today, 15:27

PFL I Liqada "Ayın qolu" çərçivəsində Bəhruz Teymurov mükafatlandırıldı

Basketball
Today, 15:08

Şəki yeni baş məşqçisi Ceyhun Həsənli: 'Əsas liqaya daha güclü qayıtmaq istəyirik'

Football
Today, 14:29

Denis Marandiçi Turan Tovuz futbolçusu Moldova millisinə dəvət alıb

Minifootball
Today, 14:22

DÇ-2028 futzalında Azərbaycanla qarşılaşacaq Latviya heyəti açıqlanıb

Others
Today, 13:50

Azərbaycan üzgüçüləri Belarusdakı beynəlxalq turnirin ilk günündə 2 medal qazanıb

Minifootball
Today, 13:44

Azərbaycan – Latviya futzal qarşılaşmasının hakimi komandası müəyyən edilib

Others
Today, 12:58

AMADA Zəfər Günü münasibətilə qazi övladları üçün tədbir keçirdi

Football
Today, 12:38

AFFA İntizam Komitəsi qayda pozuntuları üzrə 8 komandaya texniki məğlubiyyət cəzası verib

Qarabagh FC
Today, 12:20

Azərbaycan Milli Futbol Komandasının 2 Oyun üçün Heyəti Açıqlanıb

Football
Today, 12:14

"Mingəçevir" komandası matça gəlmədiyi üçün 0:3 texniki məğlubiyyət və 3000 manat cərimə aldı

Volleyball
Today, 12:06

Polina Rəhimova: "Polşanın LKS komandası daha güclüdür, lakin biz də zəif deyilik"

Gymnastics
Today, 11:09

Zəfər Gününə həsr olunan bədii gimnastika yarışı Xüsusi Olimpiya Komitəsi ilə keçiriləcək

Volleyball
Today, 10:58

Azərbaycan Voleybol Super Ligi Qadınlar üçün yeni mövsümün I turunu keçirəcək

Others
Today, 10:43

Aysel Əhmədli: Finalda artan inamla qızıl medal qazanıb

Football
Today, 10:31

Sabah yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə qarşılıqlı razılığa əsasən yolları ayırdı

Basketball
Today, 09:39

Ordu vs Sabah: Azərbaycan Basketbol Liqasının VI turu 20:00-da başlayır

Football
Today, 09:30

Azərbaycan 24-cü mövqeyi UEFA reytinqində qoruyub

Gymnastics
Today, 00:00

Azərbaycan gimnastları Nankindəki Dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandılar

Football
Yesterday, 22:47

Moldova futbolçusu Vadim Kriçmar 38 yaşında ölmüş

Judo
Yesterday, 18:59

Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək

Related news