«İmişli»nin U-19 komandasına Afrikadan dəvət olunan futbolçulardan 4-ü ilə müqavilə bağlanılıb.
Bunu «Report»a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.
O, uyğun gələcəkləri təqdirdə bu futbolçuların əsas komandaya cəlb olunacağını da vurğulayıb:
«Sınaq məqsədilə komandaya 6 nəfər gəlmişdi. Onlardan 4-ü ilə müqavilə bağladıq. Bir il boyunca U-19 Liqasında çıxış edəcəklər. Ondan sonra əsas komandaya uyğun gələcəkləri təqdirdə peşəkar müqavilə bağlayacağıq. Məqsəd əsas komanda üçün oyunçu yetişdirməklə yanaşı, U-19 Liqasında «Sabah» və «Qarabağ» kimi klublarla mübarizə apara biləcək güclü heyət formalaşdırmaqdır. U-19 millisi üçün namizəd oyunçularımız da kifayət qədərdir. Artıq 4-5 futbolçumuz müvafiq yaş qrupları üzrə yığmalara dəvət alıb.»