top
Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram Report.az
Today, 13:02
- ↺ +

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Bilyardın snuker növü üzrə Azərbaycan çempionatının qalibi olan Orxan Qubatov bu idman növünün ölkədə daha da inkişaf etməsini istəyir.

İdmançı bu barədə "Report"a açıqlamasında bildirib.

O.Qubatov yarışda birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Bu çempionluq mənə çox xoş və xüsusi hisslər yaşatdı. Bilyard uşaqlıqdan ən böyük həvəslərimdən və həyatımın ayrılmaz hissəsindən biri olub. Bu gün əldə etdiyim nəticə isə illər ərzində bu idmana göstərdiyim sevginin və əməyin bir növ bəhrəsidir. Əsas məqsədim yalnız şəxsi uğurlar qazanmaq deyil. İstəyirəm ki, ölkəmizdə bilyard idmanı ümumilikdə inkişaf etsin. Söhbət təkcə snukerdən deyil, bilyardın bütün növlərindən gedir. Arzum budur ki, Azərbaycanda bu idmana maraq daha da artsın, gənc və istedadlı idmançılar yetişsin və gələcəkdə ölkəmizi Avropa və dünya çempionatlarında ən yüksək səviyyədə təmsil edən, dünya və Avropa çempionu olan idmançılarımız olsun".

O, bilyardın inkişafı üçün çalışacağını söyləyib:

"İnanıram ki, düzgün inkişaf, gənclərə yaradılan imkanlar və davamlı dəstək sayəsində Azərbaycan bilyardda daha böyük uğurlara imza ata bilər. Mən də öz növbəmdə həm idmançı, həm də bu idmanın inkişafına töhfə verən biri kimi əlimdən gələni etmək istəyirəm".

Xatırladaq ki, Orxan Qubatov bilyardın "Pool" növü üzrə də üçqat Azərbaycan çempionudur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub

Volleyball
Today, 12:43

AVF prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüşüb

Football
Today, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Football
Today, 12:20

Tvente 9:0 Ekselsioru məğlub edərək tarixə böyük qələbə qazanıb

Others
Today, 11:54

Anar Quliyev Azərbaycan yığmasının Asiya Kubokundakı uğurlarını yüksək qiymətləndirib

Qarabagh FC
Today, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9‑cu qarşılaşması

Football
Today, 10:43

Əsgərov: Qrupun əsas çətinliyi Latviya və Gürcüstan olacaq

Minifootball
Today, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Football
Today, 09:58

UEFA Avropa Liqası: Renn evdə Olimpiakosla qarşılaşacaq

Qarabagh FC
Today, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar

Basketball
Today, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Basketball
Today, 09:07

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Football
Today, 03:54

Qalatasaray, Ştutqart qarşısında parlayan Batrakovla müqaviləni yenidən gözdən keçirəcək

Football
Today, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Football
Yesterday, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandası məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Football
Yesterday, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Football
Yesterday, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Judo
Yesterday, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Minifootball
Yesterday, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Football
Yesterday, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Football
Yesterday, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı

Others
Yesterday, 16:29

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Football
Yesterday, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Related news