top
İdmandan kənar: Aclıqdan, küçə həyatından dünya boksunun taxtına - Foto/Video Oxu.az
Today, 07:00
- ↺ +

"İdmandan kənar": Aclıqdan, küçə həyatından dünya boksunun taxtına - Foto/Video

Yeniyetmə yaşlarında ailəsinə kömək etmək üçün doğma evini tərk etdi. Manila küçələrində yaşadı, tikintidə çalışdı, lakin boksçu olmaq arzusundan vaz keçmədi. İllər sonra isə səkkiz müxtəlif çəki dərəcəsində dünya çempionu olan ilk boksçu kimi tarixə düşdü.

Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Filippin boksunun əfsanəsi Menni Pakyaonun həyat hekayəsindən bəhs edəcəyik.

Yoxsulluqla başlayan həyat

Əsl adı Emmanuel Dapidran Pakyao olan gələcək çempion 1978-ci il dekabrın 17-də Filippində dünyaya gəlib. O, altı uşaqlı ailədə böyüyüb. Ailəsinin maddi vəziyyəti ağır olduğundan Menni erkən yaşlarından işləməyə məcbur qalıb.

Təhsilini davam etdirmək də onun üçün asan olmayıb. Maddi çətinliklər səbəbindən məktəbi yarımçıq qoyan Pakyao ailəsinə kömək etmək üçün müxtəlif işlərdə çalışıb.

Boksla 12 yaşında tanış olub. Bu idman növü onun üçün sadəcə maraq deyil, gələcəkdə ailəsinin həyatını dəyişə biləcək bir fürsət idi.

14 yaşında doğma evini tərk edərək Manilaya yollanıb. Bir müddət küçələrdə yaşayıb, tikintidə işləyib və qazandığı pulları ailəsinə göndərib.

İdmandan kənar: Aclıqdan, küçə həyatından dünya boksunun taxtına - Foto/Video

16 yaşında peşəkar rinqə çıxdı

Pakyaonun peşəkar boks karyerası 1995-ci il yanvarın 22-də başlayıb. Həmin vaxt onun cəmi 16 yaşı var idi.

İlk döyüşlərində aşağı çəki dərəcələrində çıxış edən filippinli idmançı sürəti, dözümlülüyü və hücum üslubu ilə seçilirdi.

1998-ci ildə Tailand təmsilçisi Çatçai Sasakulu məğlub edərək Ümumdünya Boks Şurasının (WBC) versiyası üzrə ilk dünya çempionluğunu qazanıb. Bu, onun böyük karyerasının başlanğıcı olub.

Sonrakı illərdə Pakyao daha yüksək çəki dərəcələrinə keçərək dünyanın tanınmış boksçularına qarşı mübarizə aparıb. O, Marko Antonio Barrera, Erik Morales və Xuan Manuel Markes kimi rəqiblərlə qarşılaşıb. Bu döyüşlər onun adını dünya boksunun ən böyük simaları sırasına çıxarıb.

İdmandan kənar: Aclıqdan, küçə həyatından dünya boksunun taxtına - Foto/Video

Tarixə düşən səkkiz çəki dərəcəsi

Pakyaonun karyerasının ən böyük nailiyyəti müxtəlif çəki dərəcələrində dünya çempionu olmasıdır.

O, 2000-ci illərdən etibarən daha yüksək çəki dərəcələrinə keçsə də, sürətini və döyüş üslubunu qorumağı bacarıb. Nəticədə səkkiz müxtəlif çəki dərəcəsində dünya çempionu olan ilk boksçu kimi tarixə düşüb.

2019-cu ildə amerikalı Keyt Turmanı məğlub edən Pakyao 40 yaşında yarımorta çəkidə ən yaşlı dünya çempionu olub.

Onun ən çox gözlənilən döyüşlərindən biri isə 2015-ci ildə Floyd Meyvezerlə qarşılaşması idi. "Əsrin döyüşü" adlandırılan bu görüşdə Pakyao hakimlərin yekdil qərarı ilə məğlub olub.

Buna baxmayaraq, onun boks tarixindəki yeri dəyişməyib. Pakyao 12 dünya tituluna sahib olub və səkkiz çəki dərəcəsində çempionluq rekordunu qoruyub.

Rinqdən siyasətə

Pakyao yalnız idman karyerası ilə kifayətlənməyib. O, 2010-cu ildə Filippində siyasi fəaliyyətə başlayıb və Sarangani əyalətindən Nümayəndələr Palatasına deputat seçilib.

2016-cı ildə ölkə Senatına üzv seçilən boksçu 2022-ci ilədək bu vəzifədə çalışıb. 2022-ci ildə Filippində keçirilən prezident seçkisində namizədliyini irəli sürsə də, qalib gələ bilməyib.

Onun siyasətə gəlişi ölkəsində birmənalı qarşılanmasa da, Pakyao ictimai fəaliyyətini davam etdirib.

İdmandan kənar: Aclıqdan, küçə həyatından dünya boksunun taxtına - Foto/Video

Təqaüd qərarı və rinqə dönüş

Pakyao 2021-ci ildə peşəkar boks karyerasını başa vurduğunu açıqlayıb. O, həmin vaxt bu qərarı həyatının ən çətin addımlarından biri kimi qiymətləndirib.

Lakin onun rinqdən uzaq qalması uzun sürməyib. 2025-ci ilin iyulunda, dördillik fasilədən sonra amerikalı Mario Barriosla döyüşə çıxıb. WBC versiyası üzrə yarımorta çəkidə dünya çempionluğu uğrunda keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb.

Pakyao 2025-ci ildə Beynəlxalq Boks Şöhrət Zalına da daxil edilib.

Beləliklə, uşaqlıq illərində ailəsinə kömək etmək üçün küçələrdə yaşamağa məcbur qalan yeniyetmə dünya boksunun ən böyük simalarından birinə çevrilib.

Menni Pakyaonun həyat hekayəsi yalnız qazanılan titullardan deyil, həm də yoxsulluğa və çətinliklərə baxmayaraq, arzularından vaz keçməyən insanın əzmindən bəhs edir.

İdmandan kənar: Aclıqdan, küçə həyatından dünya boksunun taxtına - Foto/Video

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 10:30

Telefon, hərəkətsizlik, artıq çəki: Məktəblilərin fiziki hazırlığı nə yerdədir?

Football
Today, 10:10

Harri Keyn uzun müddət xəstə yatağında qalacaq

Football
Today, 10:01

"Zəngəzur" UEFA Regionlar Kubokunda Polşanın Dolnoşlyonski komandası ilə ilk oyununu oynayacaq

Football
Today, 09:54

"Çelsi" azarkeşlərinin irqçi davranışı üzrə 150 min funt cərimələnib

Basketball
Today, 09:34

Azərbaycan Basketbol Liqasında I turunda təxirə salınmış oyun bu gün başlayacaq

Football
Today, 09:19

Harri Keyn 3 ay yaşıl meydanlardan kənarda qalacaq

Football
Today, 09:07

Azərbaycan Premyer Liqasında XII turun ikinci gününün qarşılaşmaları

Football
Today, 08:39

Bavariya futbolçusu Maykl Olise ciddi zədələnib

Others
Today, 01:29

“Bavariya”dan xal itkisi

Football
Today, 00:43

Zamiq Əliyev oyunda, komandası 1-0 uduzdu

Football
Today, 00:17

Misli Premyer Liqası 12-ci tur: "Sumqayıt" - "Sabah" (1:5) | Videoicmal

Football
Yesterday, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Football
Yesterday, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Football
Yesterday, 15:05

Arsenal futbolçuları Bukayo Saka və Martin Subimendi zədələnib, növbəti matçıları qaçıracaq

Volleyball
Yesterday, 14:15

CEV Çellenc Kubokunda "Ordu": Niderlandın Simpleks SSS komandası daha ciddi rəqibdir

Wrestling
Yesterday, 13:44

Azərbaycan U-17 güləş millisi Gürcüstanda çempion olub

Football
Yesterday, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Football
Yesterday, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Football
Yesterday, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Volleyball
Yesterday, 12:05

Xilasedici baş məşqçisi Cəlil Cəlilov: Sloveniya ilə cavab oyunu çətin olacaq

Others
Yesterday, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Football
Yesterday, 11:10

"Real" Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Basketball
Yesterday, 10:53

LANDAU Lions klubunun oyunçusu Orelik Gediminas: Zədəli oyunçular məğlubiyyətə səbəb oldu

Related news