top
Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb Report.az
Today, 16:29
- ↺ +

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvü Qaşim Maqomedov (63 kq) hər yarışa qızıl medal qazanmaq üçün çıxır.

Bunu "Report"a açıqlamasında 27 yaşlı idmançı özü bildirib.

O, Serbiyanın Belqrad şəhərində keçirilən "Serbia Open 2026" beynəlxalq turnirində qızıl medala sahib çıxması barədə danışıb:

"Yarışla bağlı təəssüratlarım olduqca xoş və müsbətdir. Çünki evə əliboş qayıtmadım, əksinə, ən yüksək əyarlı medal qazandım. Təbii ki, bu, çox sevindiricidir. Müəyyən mənada belə nəticə gözləyirdim. Mən yarışa qızıl medal qazanmaq üçün getmişdim. Ümumiyyətlə, hər zaman yarışlara bu məqsədlə qatılıram. Həmişə qızıl medal qazanmaq üçün mübarizə aparıram. Bunun üçün məşq edir, çox çalışır və məşqlərə maksimum vaxt ayırıram. Özümü hər zaman ən yüksək nəticə üçün kökləyirəm".

Olimpiya mükafatçısı qazandığı medalların sayını xatırlamadığını söyləyib:

"Açığı, qazandığım medalların sayını, onların neçəsinin qızıl, gümüş və ya bürünc olduğunu heç vaxt hesablamıram. Mən yarışlara sanki bayrama gedirmiş kimi qatılıram. Yarış prosesinin özündən, mübarizə ruhundan zövq alıram. Buna görə də belə yarışlara qatıldığım üçün sevinirəm".

Q. Maqomedov əldə etdikləri nəticələrə görə Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edib:

"Hər zaman federasiyanın dəstəyini hiss edirik. Onların dəstəyi sayəsində yarışlara yüksək əhval-ruhiyyə ilə qatılıram".

Qeyd edək ki, Azərbaycan taekvondoçularından Qaşim Maqomedovla yanaşı Minayə Əkbərova (46 kq) bürünc medala sahib çıxıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı

Football
Today, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Football
Today, 15:47

Vikingin baş məşqçisi Arsheym Sabaha qarşı maraqlı və gərgin oyun gözləyir

Football
Today, 15:01

Barcelona, Aston Villa futbolçusu Joan Manzambi-yə maraq göstərir

Wrestling
Today, 14:06

Arseniy Djioyev 2026 noyabr ayı reytinqində birinci pillədə

Football
Today, 13:10

Tenerifə klubu futbolçusu Xesus de Migel oyun zamanı ağır zərbə alaraq vəfat etdi

Football
Today, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Football
Today, 12:48

AFFA I Liqa klublarında danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirildi

Football
Today, 12:26

AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq, Samuel Nonqoh'u 1 oyunluq cəzalandırıb

Football
Today, 12:18

Şamaxı və Turan Tovuz meydanaya kənar şəxslərin daxil olması səbəbindən cərimələndi

Qarabagh FC
Today, 12:17

"Qarabağ" klubu 3000 manat pyroteknika, 1500 manat ad yazımı üçün cərimələnib

Football
Today, 12:00

Liverpool, Federico Valverde üçün 100 milyon avro təklifi hazırlayır

Football
Today, 11:34

Patrik Dorq "Mançester Yunayted"də ümumi qrupda məşqləri bərpa etdi, "Roma"ya qarşı matça çıxmayacaq

Others
Today, 11:12

Snuker üzrə Azərbaycan çempionatını Qubatov qazandı

Volleyball
Today, 11:03

Cəlil Cəlilov: UEFA Çempionlar Liqasında “Sportinq”ə qarşı yaxşı nəticə gözləyirik

Football
Today, 10:41

Araz-Naxçıvan 40 nöqtə ilə heç-heçə etmədən çempionatda birinci oldu

Qarabagh FC
Today, 10:30

Qarabağ 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç‑heçə etdi

Football
Today, 10:15

Neftçi 21-ci əsr rekorduna imza atdı

Others
Today, 10:08

Fərid Qayıbov, beynəlxalq yarışlarda 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanmış idmançılarla görüşüb

Volleyball
Today, 09:08

"Turan" CEV Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxacaq

Football
Today, 09:00

UEFA Çempionlar Liqası IV turunda 9 matç baş tutacaq

Judo
Today, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Football
Yesterday, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Related news