top
Azərbaycan Velosiped İdmanı Federasiyasının iclasında Bakı-Xankəndi yarışının nəticələri və inkişaf strategiyası müzakirə edildi Report.az
Today, 13:53
- ↺ +

Azərbaycan Velosiped İdmanı Federasiyasının iclasında Bakı-Xankəndi yarışının nəticələri və inkişaf strategiyası müzakirə edildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

İclası giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edərək, Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni tərkibinin seçilməsindən ötən dövr ərzində qurum tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış etmək üçün sözü federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərova verib.

Sahib Ələkbərov bildirib ki, 2025-ci ilin mayından etibarən federasiyasının yeni rəhbərliyi onun qarşısında qoyulmuş əsas vəzifənin – ölkədə velosiped idmanının COVİD-19-dan əvvəlki səviyyəsinin bərpa olunmasına yönəldib. Bu məqsədlə İcraiyyə Komitəsinin 4 iyun 2025-ci il tarixdə keçirilmiş iclasında təsdiq edilmiş Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-2028-ci illər üçün İnkişaf Strategiyasının əsas istiqamətlərinə uyğun olaraq federasiyanın maddi-texniki bazası bərpa edilib, trekin baxımsızlıq üzündən dağılmış beton örtüyü, tamaşaçılar üçün nəzərdə tutulmuş tribuna, velotrekdəki mini-futbol meydançası, qazanxana, federasiyanın balansında olan avtomobillərin istifadəsi mümkün olan hissəsi təmir olunaraq işlək vəziyyətə gətirilib.

Federasiyanın birinci vitse-prezidenti hesabat dövründə təşkil olunan yarışlar və beynəlxalq tədbirlər barədə də danışıb. O, Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yüksək səviyyədə təşkil olunduğunu, yarışın həm təşkilati baxımdan, həm də beynəlxalq idman ictimaiyyətində yaratdığı müsbət təəssüratlarla diqqət çəkdiyini vurğulayıb və bildirib ki, yarış Azərbaycanın velosiped idmanı sahəsində beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, ölkənin idman potensialının tanıdılmasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verib.

Sahib Ələkbərov qarşıdakı dövrdə federasiyanın əsas prioritetləri sırasında regionlarda fəaliyyətin daha da gücləndirilməsi, uşaq və yeniyetmələrin velosiped idmanına marağının artırılması, yeni bölmələrin yaradılması və beynəlxalq yarışlarda idmançıların rəqabət qabiliyyətinin yüksəldilməsinin yer aldığını bildirib.

Yeni velosipedlər və yarışların təşkili üçün zəruri olan avadanlıqlar, "Baku– Khankendi Azerbaijan Cycling Race" adı altında keçirilən 2.1 səviyyəli beynəlxalq velosiped yarışı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına salınıb və cari ilin 10-14 may tarixlərində böyük uğurla keçirilib. Yarışda iştirak edən komandalara təqdim olunmaq üçün 25 ədəd yeni avtomobil və digər avadanlıqlar alınıb.

Bütün dünyada böyük rəğbətlə qarşılanmış, 20 ölkədən 24 komandanın iştirak etdiyi, marşrutları ölkəmizin 21 şəhər və rayonunun ərazilərindən keçən, dünyanın 190 ölkəsində 19 dildə canlı olaraq "Eurosport" kanalı vasitəsilə yayımlanan, on milyonlarla insanın izlədiyi bu beş günlük yarış ölkəmizin gözəlliklərinin, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinin bütün dünyaya çatdırılmasında müstəsna rol oynayıb.

"Eurosport" kanalının rəsmi hesabatına əsasən yarışın təkcə reklam videoçarxını izləyənlərin sayı 20 milyondan çox olub. "Eurosport", "Euronews" və "CBC Sport" kanallarında əlavə verilişlər təşkil edilib.

Yarış günlərində federasiyanın instaqram səhifəsinə daxilolma sayı ilk dəfə olaraq 2 milyonu keçib ki, onlarında da xeyli hissəsi yarışda iştirak etmiş komandaların təmsil etdikləri ölkələrin payına düşüb.

Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov öz çıxışında bildirib ki, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin fəaliyyəti canlandırılıb, ölkənin 18 şəhər və rayonunda hazırda 500-dən çox uşağın məşğul olduğu 22 velosiped bölməsi yaradılıb, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həmin bölmələrə rəhbərlik edəcək peşəkar məşqçilər seçilərək onlar üçün təlimlər təşkil edilib. Bu bölmələr, habelə Gəncə, Mingəçevir, Lənkəran, Xankəndi Universitetləri, Zəngilan rayon məktəbləri və digər orta ümuntəhsil məktəblərində velosiped idmanı ilə məşğul olan idmançılara 900-dan çox velosiped və qoruyucu dəbilqə təqdim edilib.

İcraiyyə Komitəsinin iclasında Əli Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsinə təsdiq edilib. İclasda "Təhlükəsiz mühitin və idmançıların təhlükəsizliyinin təminatı qaydaları" da təsdiq olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 14:43

Mahmud Qurbanov: "Əsas məqsəd kənarda qalan futbolçuları itirməməkdir"

Football
Today, 14:42

Azerbaijani TV channels will not broadcast the 'Ballon d'Or' ceremony

Football
Today, 14:40

Juventus plans to sell Juan Cabal during the winter transfer window.

Football
Today, 14:38

Famil Khalilov: Azerbaijan's U-15 national team defeated Israel to finish the group in second place

Football
Today, 14:27

Manchester United lost 3:0 to their eighth opponent Bournemouth and replicated the longest winless anti-record of the 21st century

Football
Today, 14:27

Emil Bayramov: We are striving to maintain our leadership

Football
Today, 14:00

Ramiz Mammadov: Referee decisions were the turning point of the match

Football
Today, 13:40

Kazalkent to Hire 80-Year-Old Russian Football Expert Haji Hajiyev

Boxing
Today, 13:28

Azərbaycan boksçuları U-19 dünya çempionatında iki medal qazanıb

Wrestling
Today, 13:12

Senan Suleymanov won his first world championship in nine years

Others
Today, 13:10

Azərbaycana və Özbəkistana idman nazirləri Respublika Velotrekini ziyarət etdilər

Others
Today, 13:04

Azərbaycan karateçiləri Belçikada keçirilən Avropa çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazandı

Others
Today, 12:59

Bakıda 200-dən çox qadın karateçi seminar keçirdi

Football
Today, 12:49

U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Qrup mərhələsini ikinci pillədə tamamlamaq əsas hədəfdır

Tennis
Today, 12:38

Tunar Bağırov Riga City Council's Youth Cup 2026 turnirində 3-cü yeri tutdu

Volleyball
Today, 12:12

Azerbaijan's U-20 women's volleyball team finished fifth in the EEVZA Championship

Qarabagh FC
Today, 12:00

Qarabağın Sabaha qarşı qələbəsiz seriyası 10 matça çatıb - Araşdırma

Football
Today, 11:50

“Turan Tovuz” played its 150th match in the Misli Premier League;

Football
Today, 11:40

Khvicha Kvaratskhelia to Undergo Surgery in Qatar for Right Knee Injury

Football
Today, 11:24

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi 250-ci görüşünə çıxıb

Football
Today, 11:11

Sabah 9 oyunda yalnız 1 qol qəbul edərək Azərbaycan çempionatlarının tarixi rekordunu təkrarlayıb

Football
Today, 11:08

İmişli 10-cu qələbəsini Şamaxı qarşısında qazanıb

Football
Today, 11:06

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsi oyunlarının təyinatları məlum oldu

Related news