ABŞ-nin üzgüçülük millisi Sakit Okean çempionatında qarışıq kombinasiyalı estafet yarışında (4x100 metr) yeni dünya rekordu müəyyənləşdirib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, amerikalı idmançılar Kaliforniyanın İrvayn şəhərində keçirilən turnirdə 3 dəqiqə 36,70 saniyə nəticə göstəriblər.
Qeyd edək ki, əvvəlki rekord da (3 dəqiqə 37,43 saniyə) ABŞ komandasına məxsus olub və 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qeydə alınıb.