top
AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini və təmiz idman prinsiplərini müzakirə edib Report.az
08 May 2026, 12:28
- +

AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini və təmiz idman prinsiplərini müzakirə edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə ölkəmizdə keçirilən "Ədalətli İdman Ayı – 2026" çərçivəsində Milli Məclisdə görüş təşkil olunub.

AMADA-dan "Report"a verilən məlumata görə, görüş Milli Məclisin Gənclər və idman komitəsi ilə AMADA-nın birgə əməkdaşlığı əsasında baş tutub.

Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi, bu istiqamətdə görüləcək hazırlıq işləri, eləcə də təmiz və ədalətli idman prinsiplərinin təşviqi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan bəhs edib, beynəlxalq arenada qazanılan nailiyyətlərin təmiz idman prinsiplərinə sadiqliklə daha da möhkəmləndiyini vurğulayıb. O, yeni Məcəllənin tətbiqinin ölkədə antidopinq siyasətinin daha da təkmilləşdirilməsinə və idmanda şəffaflığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni Məcəllənin əsas yenilikləri, beynəlxalq standartlarda nəzərdə tutulan dəyişikliklər və onların ölkə idmanına mümkün təsirləri barədə ətraflı məlumat verib. O, antidopinq sahəsində maarifləndirmə fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, idmançılar, məşqçilər və idman ictimaiyyəti arasında təmiz və ədalətli idman prinsiplərinin təşviqinin yeni standartların effektli tətbiqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, komitə üzvləri ilə AMADA əməkdaşları arasında antidopinq siyasətinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə növbəti görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib
Qarabağ FK

Latest news

Football
Today, 06:18

Jule Kounde: The main strength of the Spanish national team is in their team play and possession of the ball;

Football
Today, 05:12

John Arne Riise: Ronaldo's inclusion in the Portugal national team weakens the team

Football
Today, 04:11

Norway national team arrives home - PHOTO

Football
Today, 01:49

Brazil National Team Lost in World Championship, President Criticized

Football
Today, 01:27

The main doctor of the Senegal national team is a gynecologist

Qarabagh FC
Today, 01:06

Karabakh

Football
Today, 00:47

Lionel Messi stands out with his performance at the 2026 World Cup

Qarabagh FC
Yesterday, 23:47

Karabakh Prepares to Face Vestri

Football
Yesterday, 23:20

Turan Tovuz will face Iran U21 team

Football
Yesterday, 23:05

Diego Forlan becomes new head coach of Uruguay national team

Football
Yesterday, 22:49

Torgan Azar returns to Lens

Football
Yesterday, 22:19

Galatasaray wants to add Brahim Diaz from Real Madrid to their squad

Football
Yesterday, 21:46

Neftçi "Osiyek"ə uduzdu

Football
Yesterday, 21:41

Neftchi lost to Croatian club

Football
Yesterday, 21:04

How far the 2026 World Cup semifinalists have traveled

Football
Yesterday, 20:48

France-Spain match at WC-2026 to begin with a minute of silence for terror victims

Football
Yesterday, 20:20

Turan Tovuz to face Iran U21 team on July 17

Football
Yesterday, 19:31

Azerbaijani footballer Sadig Baghiyev moves to new team

Football
Yesterday, 19:15

Nottingham Forest want to add Uğurcan Çakır to their squad

Football
Yesterday, 18:44

Lucas Digne to return to PSG

Wrestling
Yesterday, 18:13

60 countries expected to participate in U-17 wrestling world championship in Baku

Football
Yesterday, 17:23

Qalatasaray Davinson Sançesə görə Komonun təklifini rədd edib

Football
Yesterday, 16:42

Yuri Tielemans to join Manchester United

Football
Yesterday, 16:26

Roma klubu Paulo Dibala ilə müqaviləni uzadıb

Related news