top
Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər Report.az
Today, 21:17
- ↺ +

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında mübarizə aparırlar.

Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, mundialda ölkəmizi batut gimnastikası üzrə qarışıq sinxron proqramda 2026-cı il Dünya kuboku seriyasının qalibləri Selcan Mahsudova və Maqsud Mahsudov, kişi sinxron proqramında isə eyni titula sahib olan Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil edirlər.

Selcan Mahsudova və Maqsud Mahsudov həmçinin fərdi proqramda da öz bacarıqlarını nümayiş etdirəcəklər.

Tamblinq üzrə millinin heyətində isə komanda hesabında ikiqat dünya çempionları Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov yer alırlar. Təcrübəli gimnastlar həm fərdi, həm də komanda yarışlarında növbəti uğurlarını qazanmaq əzmindədirlər.

Qeyd edək ki, Aleksey Karataşov ilk dəfə böyüklər arasında dünya çempionatında debüt edir.

Çempionatın ilk təsnifat günü Azərbaycan gimnastları üçün uğurlu nəticələrlə yadda qalıb. Batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50.250 xal toplayaraq yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Tamblinq üzrə təmsilçilərimiz də inamlı çıxışları ilə fərqləniblər. Tofiq Əliyev 59.500 xalla təsnifat mərhələsini lider kimi tamamlayaraq növbəti mərhələyə yüksəlib. Mixail Malkin isə 57.100 xalla dördüncü pillədə qərarlaşaraq ikinci təsnifat mərhələsində iştirak etmək hüququ əldə edib.

Komanda yarışlarında da gimnastlar uğurlu nəticəyə imza atıblar. Tamblinq üzrə yığma ümumilikdə 87.200 xal toplayaraq sıralamanın 1-ci pilləsindən final mərhələsinə vəsiqəni təmin edib.

Noyabrın 5-də isə batut gimnastikası üzrə fərdi proqramlarda mübarizəyə start veriləcək. Selcan Mahsudova və Maqsud Mahsudov bu dəfə fərdi çıxışları ilə ölkəmizi təmsil edəcəklər.

Dünya çempionatına noyabrın 8-də yekun vurulacaq.

Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 21:11

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatında mükafatlandırma mərasimi keçirilib

Others
Today, 20:09

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə XXI kişilər və XII qadınlar dünya çempionatının rəsmi açılışı keçirilib

Others
Today, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Football
Today, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb

Football
Today, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Others
Today, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir

Football
Today, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Judo
Today, 18:37

Sumqayıt Cüdo Təlim Mərkəzində region məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçirilir

Qarabagh FC
Today, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Football
Today, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Others
Today, 17:41

Suraxanı Atmalar Bazasında keçirilən seçim sınağında idmançılar atma bacarıqlarını nümayiş etdirdi

Tennis
Today, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq

Football
Today, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Football
Today, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Football
Today, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram

Football
Today, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi

Football
Today, 14:29

Rəhim Həsənov: Kəpəz‑İmişli matçında baş hakimin səhv qərarı

Football
Today, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Football
Today, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Qarabagh FC
Today, 13:28

Toral Bayramov: "İlk vaxtlar sistemə uyğunlaşmaq çətin oldu, amma indi hazır hiss edirəm"

Others
Today, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Football
Today, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub

Volleyball
Today, 12:43

AVF prezidenti Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüşüb

Related news