top
Rəvan Kərimov: Azərbaycan millisi hər oyuna qələbə üçün çıxır və çempionluğu hədəfləyir Report.az
30 May 2026, 11:17
- ↺ +

Rəvan Kərimov: Azərbaycan millisi hər oyuna qələbə üçün çıxır və çempionluğu hədəfləyir

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında hər oyuna qələbə qazanmaq üçün çıxır.

Bu barədə komandanın üzvü Rəvan Kərimov "Report"un Bratislavaya ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

O, III tur çərçivəsində bu gün Fransaya qarşı keçirəcəkləri qarşılaşmaya toxunub:

"Bu matçda da qalib gəlmək istəyirik. Ümumiyyətlə hər oyuna qələbə üçün çıxırıq. Turnirdə çempionluğu hədəfləyirik".

R.Kərimov II turda İtaliyanı üç cavabsız qolla üstələdikləri oyuna da toxunub:

"İkinci turdakı matç bəzi futbolçuların bu arenada ilk oyunu idi. Meydançaya uyğunlaşmamışdıq. İtaliya yığması çox müdafiə olunan komandadır. Bu səbəbdən çətin alındı. Bizim oyunumuz istədiyimiz kimi alındı. Qollarımızı vaxtında vurduq və qalib gəldik. Şükürlər olsun ki, zədə yoxdur. Meydança amilinə görə bəzi zərbələrimiz alınmırdı".

Xatırladaq ki, Azərbaycan - Fransa matçı bu gün Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. İlk oyunda Avstriyanı (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Football
Today, 06:01

Manchester City futbolçusu Erling Haaland ilə Polşalı elektrik ustası arasında əmtəə nişanı mübahisəsi

Football
Today, 05:38

Real Madrid UEFA Çempionlar Liqasının V turunda PSV-yə 5:1 məğlubiyyətlə qələbə seriyasını on oyuna çatdırdı

Football
Today, 02:08

Arsenal ilə Borussia Dortmundun 1:1 bərabərliyi

Football
Today, 02:02

Real Madrid Santyaqo Bernabeu stadionunda PSV-yə 5:1 qalib gəldi

Football
Today, 01:56

"Mançester Siti" - "Napoli" Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Football
Today, 00:32

Ronaldo 987-ci qolunu "Əl-Nəsr"in "Əl-Sədd"ə qələbəsində vurdu

Football
Yesterday, 23:18

Barselona futbolçusu Jül Künde Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Football
Yesterday, 22:57

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb

Football
Yesterday, 22:48

Tiaqo Silva karyerasını bitirmək fikrindən daşınıb, daha bir mövsüm oynamağı planlaşdırır

Football
Yesterday, 21:50

2028-ci il Amerika Kubokuna ABŞ-da üçüncü dəfə ev sahibliyi edəcək

Football
Yesterday, 21:00

Barnet futbolçusunun zorakılıq ittihamları ilə həbs edilməsi

Qarabagh FC
Yesterday, 20:53

Andrey Arşavin "Səbahi-Barselona" qarşılaşmasını izləmək üçün Bakıya gəlib

Others
Yesterday, 20:08

Marneulidə GCL komandaasının qoşması ilə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub

Football
Yesterday, 20:05

Flik Çempionlar Liqasında "Sabah"ı La Liqa klubları ilə müqayisə etdi

Football
Yesterday, 20:00

De Yonq: "Yamalın yoxluğu hiss olunacaq, amma geniş heyətimiz var"

Football
Yesterday, 19:26

CAS Afrika çempionluğunu Seneqala qaytarır

Football
Yesterday, 19:24

FIFA, Türkiyənin Gənclərbirliyi və Pendikspor klublarına transfer qadağası tətbiq etdi

Football
Yesterday, 18:55

Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!

Football
Yesterday, 18:47

“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu

Football
Yesterday, 18:38

“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas

Football
Yesterday, 18:28

Dambrauskas: Sabah-Barselona matçı - Yamalın iştirak etməməsi Hans Flik üçün problem deyil

Football
Yesterday, 18:22

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik"

Qarabagh FC
Yesterday, 18:18

"Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı

Related news