Minifutbolun FIFA-ya üzv olması gündəmdədir.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov deyib.
AMF rəhbəri Dünya Minifutbol Federasiyasının (WMF) bu məsələni gündəmdə saxladığını bildirib:
"Minifutbolun FIFA-ya üzv olmaq məsələsi beynəlxalq qurumun konfranslarının gündəmindədir".