UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" matçında ilk qol vurulub.
"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabı açıb - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" matçı başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşü xorvatiyalı FIFA referisi Patrik Kolariç idarə edir.
Qeyd edək ki, tərəflər arasında Estoniyada keçirilən ilk oyunda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.