Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, ölkə təmsilçisi F qrupundakı ikinci matçında "Sunrise" (Kiyev, Ukrayna) kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 8:6. "Marafon" ilk turda Çinin TMS klubuna uduzub - 2:4.
Komanda Bolqarıstanın "Spartak" kollektivi ilə də üz-üzə gələcək.