top
Vikinq klubunun iki baş məşqçisinin çempionluğa gedən yolu Report.az
Today, 10:45
- ↺ +

Vikinq klubunun iki baş məşqçisinin çempionluğa gedən yolu

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turundakı rəqibi Norveçin "Vikinq" klubu 1899-cu ildə yaradılıb.

"Report"un məlumatına görə, Stavanger şəhərini təmsil edən köklü komanda 9 qat ölkə çempionu, Norveç Kubokunun 6 qat qalibidir.

Komanda ev oyunlarını 16 300 tamaşaçı tutumuna malik "Vikinq stadionu"nda keçirir.

"Viking" dünya futbolunda nadir rast gəlinən model tətbiq edir – komandaya iki bərabərhüquqlu baş məşqçi rəhbərlik edir. Bunlar Byarte Lunde Aarsheym və Morten Yensendir. Hər ikisi 2021-ci ildən komandaya rəhbərlik edir. Onlar eyni səlahiyyətə malikdirlər. Məşq prosesini, taktiki hazırlığı birlikdə idarə edirlər. Aarsheym əsasən müdafiə, Yensen isə hücum üzərində çalışır. Heyət seçimi və digər mühüm qərarları müzakirə edərək birgə qəbul edirlər. Bu əməkdaşlıq 2025-ci ildə komandaya 34 illik fasilədən sonra Norveç çempionluğunu qazandırıb. Klubun rəhbəri isə Yan Henrik Celsadır.

Klubun ən parlaq dövrü 1970-ci illərə təsadüf edir. "Vikinq" 1972, 1973, 1974, 1975-ci illərdə ardıcıl dörd dəfə Norveç çempionluğuna sahib çıxıb.

Komanda hazırda 59 xalla ölkə çempionatında liderdir. İkinci sıradakı "Budyo Qlimt"in də eyni xalı var. Stavanger təmsilçisinin heyətinin əsasını norveçli oyunçular təşkil edir. Lakin Slovakiya, Danimarka, Niderland, Avstraliya, Yeni Zelandiya, İslandiya və Qanadan olan legionerləri də var.

"Vikinq" qitənin bir nömrəli klub turnirinin Liqa mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə "Aston Villa"ya, Almaniyada "Ştutqart"a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi "Bavariya" ilə bərabərə qalıb - 3:3.

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Others
Today, 11:22

Noabrın 14-də Binə Atçılıq Mərkəzində konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Chess
Today, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq

Others
Today, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Football
Today, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir

Boxing
Today, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə birgə Avropa çempionatına hazırlıqda

Football
Today, 10:59

UEFA Çempionlar Liqası: "Sabah" 200 azarkeşlə Norveçdə "Vikinq"ə qarşı oynayacaq

Football
Today, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekord qırdı

Others
Today, 09:27

AzVİF və İdman Akademiyası tərəfindən Respublika Velotrekində tələbələr üçün maarifləndirici tədbirlər keçirildi

Qarabagh FC
Today, 09:03

Sumqayıt Şəfa’yı 9‑8 məğlub etdi

Wrestling
Yesterday, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Football
Yesterday, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Qarabagh FC
Yesterday, 16:55

"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

Others
Yesterday, 13:46

Bakıda "Qələbə qaçışı"na 2021-ci ildən bəri rekord sayda 2000-dən çox iştirakçı qatılıb

Others
Yesterday, 13:36

XİN-in əməkdaşları Zəfərin 6. ildönümünə həsr olunan "Qələbə qaçışı"nda iştirak edib

Others
Yesterday, 11:39

Amerikalı üzgüçü Keyt Duqlas 100m sərbəst hovuzda yeni dünya rekordunu yaratdı

Judo
31 October 2026, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Football
31 October 2026, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Football
31 October 2026, 16:04

David De Xea, Fiorentina ilə yollarını ayırmağa hazırdır

Football
31 October 2026, 15:56

Tərlan Əhmədov: Bakıda keçirilən U-15 dünya çempionatı Azərbaycan futbolu üçün böyük təcrübə olub

Football
31 October 2026, 15:12

İspaniya U-15 yığmasının baş məşqçisi David Qordo: "Bakıda qazandığımız çempionluq gənclər üçün ömürlük xatirə olacaq"

Football
31 October 2026, 14:54

Arsen Venger: Hər kəs Bakıda keçirilən FIFA U-15 dünya çempionatına aşiq oldu

Football
31 October 2026, 14:13

Canni İnfantino: Bakıda U-15 Dünya Çempionatı ən uğurlu FIFA layihəsi

Related news