İngiltərənin "Vest Hem" klubu Şotlandiyanın "Seltik" komandasından belçikalı yarımmüdafiəçi Arne Enqelsi transfer etməklə Çempionşipdə rekord müəyyənləşdirib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.
"Transfermarkt" portalının məlumatına görə, keçidin məbləği təxminən 26 milyon avro təşkil edib. Bunun Çempionşip üçün transfer rekordu olduğu bildirilib.
Qeyd edək ki, A.Enqels 2025/2026 mövsümündə keçirdiyi 46 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin "Seltik"lə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulmuşdu. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.