Türkiyə millisinin heyətinə iki futbolçu cəlb olunub.
"Report" xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.
İtaliyanın "Torino" klubuna məxsus olan Emirhan İlkhan və Səudiyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dan Yusuf Akçiçek kollektivə qoşulub. Hər iki oyunçu Türkiyənin U-21 millisindən heyətə çağırılıb.
Xatırladaq ki, Türkiyə yığması UEFA Millətlər Liqasında oktyabrın 2-də Belçika, 5-də isə İtaliya ilə üz-üzə gələcək. Komanda daha əvvəl Fransa (0:1) və İtaliyaya (1:4) uduzub.